İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsinin şəhidlərinin ailələrinin sosial müdafiəsində ayrı-seçkiliyə yol verilməməlidir Düşmən üzərində Qələbə ilə nəticələnən və torpaqlarımızın işğaldan azad olunması ilə yekunlaşan Vətən müharibəsi Azərbaycan igidlərinin daha əvvəl göstərdikləri rəşadəti kölgədə qoymamalıdır. Nə şəhidin, nə də qazinin “köhnəsi-təzəsi” yoxdur. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsinin […]
Astanada Heydər Əliyev küçəsinin açılışı olub – FOTO
Aprelin 10-da Astanada Heydər Əliyev küçəsinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mərasimdə iştirak ediblər. Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Heydər Əliyev küçəsində yerləşən Botanika bağında ağac əkiblər.
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir yolunda hərəkət qismən məhdudlaşdırılır
Mərdəkan-Zuğulba avtomobil yolunun 8-ci km-də yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq 11 aprel saat 02:00-dan 04:00-dək qeyd olunan hissədə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır). Bu barədə AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən […]
Astanada Prezident İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib
Aprelin 10-da Astanada Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib. Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Bakıda 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Bakıda 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən Mehman Mansurova hökm oxunub və o, 11 il müddətinə azadlıqdan məhrum edilib. “Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Qeyd edək ki, bu il yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin […]
Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni TƏYİNAT
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzində yeni təyinat olub. Bu barədə İdarənin müdiri müvafiq əmr imzalayıb. Əmrə əsasən, Minarə Fərzəliyeva mərkəzin direktoru vəzifəsinə təyinat alıb. Qeyd edək ki, M.Fərzəliyeva bu təyinata qədər Təhsildə Keyfiyyət Təminatı Agentliyində baş inspektor vəzifəsində çalışıb.
Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 10-da ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşüb. Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında səmərəli əməkdaşlıq müsbət qiymətləndirilib, Azərbaycan-Rusiya əlaqələrinin inkişafında bu qarşılıqlı fəaliyyətin rolu qeyd edilib. Həştərxanda ümummilli lider Heydər Əliyevin […]
Azərbaycan və Qazaxıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
Aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb.
İlham Əliyevin Astanada rəsmi qarşılanma mərasimi – VİDEO
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında rəsmi qarşılanma mərasimi olub. “Akorda” Prezident Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri […]
Prezident və xanımı Azərpaşa Nemətovun vida mərasiminə əklil göndərdi
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətovun vida mərasiminə əklil göndərib. Əklil mərhumun Milli Dram Teatrında keçirilən vida mərasimi zamanı nəşinin önünə qoyulub. Vida mərasimdən sonra mərhum […]