Azərbaycanda Qurban bayramı qeyd edilir

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə mayın 27-nə təsadüf edir. Bu gün ölkənin bütün məscidlərində bayram namazı qılınacaq. Bayram namazı Bakıda Əjdərbəy məscidində saat 08.00, Təzəpir məscidində isə 09.00-a […]

Emmanuel Makron İlham Əliyevi təbrik edib

Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Məktubda deyilir: “Cənab Prezident, əziz İlham. Fransa Respublikasının Prezidenti Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram. Ötən il oktyabrın 2-də Kopenhagendə görüşümüzdən və bu il mayın 21-də son telefon danışığımızdan sonra, – istər regional […]

Tbilisinin simvolik abidələri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq

Tbilisinin simvolik abidələri mayın 28-də Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq. Tbilisidə işıq şousu təşkil olunacaq. Şəhərin iki tanınmış memarlıq simvolu – Tbilisi televiziya qülləsi və Kür çayı üzərində yerləşən “Sülh körpüsü” mavi, qırmızı və yaşıl rənglərlə işıqlandırılacaq.

Məmmədli kəndində heyvan bazarı fəaliyyətə başlayıb

Abşeron rayonunun Məmmədli kəndində yerləşən heyvan bazarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, bazarın giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə […]

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Azərbaycanda maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Banka Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirmək, görülən işlər, o cümlədən nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat vermək tövsiyə edilib. […]

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Prezident İlham Əliyev bir sıra məhkəmələrə sədr təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb.Dövlət başçısının imzaladığı sənəddə deyilir:Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə uyğun olaraq,apellyasiya məhkəmələri üzrə:1.1. aşağıdakı hakimlər apellyasiya […]

Kamran Əliyev Qaradağ rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Kamran Əliyev Bakı şəhəri Qaradağ rayon prokurorluğunun inzibati binasında Qaradağ rayonundan olan vətəndaşları qəbul edib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Qəbulda iştirak edən 37 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət […]

MSK bu ilin daimi seçici siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub

Mərkəzi Seçki Komissiyası (MSK) 2026-cı ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, ilin əvvəlindən ölkə üzrə vahid seçicilər siyahısının tərtibi və dəqiqləşdirilməsi prosesinə başlanılıb. Təxminən 5 ay davam edən əhatəli prosesin ardından 2026-cı il üzrə daimi seçici siyahılarının hazırlanmasına yekun vurulub. Seçki […]

TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub

TƏBİB tabeli tibb müəssisələrinə yeni direktorlar təyin olunub. Müvafiq əmrlə Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə Paşayev Cavid Nazim oğlu təyinat alıb. Qeyd edək ki, C.Paşayev 2007-ci ildə Azərbaycan Tibb Universitetini (ATU) bitirib. 2007-2008-ci illərdə Kliniki Tibbi Mərkəzdə anesteziologiya-reanimasiya ixtisası üzrə internatura keçib. 2022-2025-ci illərdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında […]