Yol polisi mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Azərbaycanın bəzi bölgələrində, o cümlədən paytaxtda hazırda müşahidə edilən dumanlı hava ilə bağlı sürücülərə müraciət edib. Bu barədə BDYPİ-dən bildirilib. Qeyd edilib ki, belə hava şəraiti yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə azaldır və bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır. Bu şəraitdə hərəkət iştirakçılarının […]

Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür

Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür.Həmin təqvim günü ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasının 60/97 saylı qətnaməsi ilə müəyyən edilib və hər il qeyd olunur. Təşkilat müharibənin partlayıcı qalıqlarının mülki əhalinin təhlükəsizliyinə, sağlamlığına və həyatına ciddi təhlükə yaratdığı, habelə milli və yerli səviyyədə sosial-iqtisadi inkişafa […]

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır

Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş telefon danışıqlarına əsasən qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınır.İrana göndərilən humanitar yardıma ümumi həcmi 200 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və […]

İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək

Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana təşəkkür etməsinə münasibət bildirib. Bu barədə Prezidentin sosial media hesabında paylaşım edilib. “İran İslam Respublikasının Prezidenti, qardaşım Prezident Məsud Pezeşkianın Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq […]

Netanyahu: ABŞ və İsrail İranda polad istehsalı obyektlərinin 70 %-ni məhv edib

ABŞ və İsrailin aviazərbələri nəticəsində İranda polad istehsalı obyektlərinin 70 %-i məhv edilib. Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu öz videomüraciətində bildirib. Onun sözlərinə görə, birgə əməliyyatlar nəticəsində İranın ən mühüm infrastrukturuna və ölkənin sənaye bazasına dəfələrlə zərbələr endirilib. “Biz komandirləri öldürürük, körpüləri, infrastruktur obyektlərini bombalayırıq. Bu, İranın İslam […]

Küçə “incəsənət”inin uşaqları və ya mədəni mirasa hücum – ŞƏRH

Bu günlərdə ölkə əhəmiyyətli memarlıq abidəsi olan Nizami Kino Mərkəzinin fasadı kobud müdaxiləyə məruz qalıb.Binanın fasadına boya ilə cızma-qara edilib, eybəcər şəkillər çəkilib. Bir sözlə paytaxt Bakının mərkəzində yerləşən ən gözəl binalardan birinə qarşı vandallıq aktı törədilib. Daxili İşlər Nazirliyi həmin aktı törədən 4 yeniyetmə və gəncin şəxsiyyətini müəyyən edərək […]

Əli Nağıyev: Dünyanın bir çox yerində hərbi qarşıdurmalar regionda əməliyyat şəraitinə ciddi təsir edir

Dünyanın bir çox yerlərində hərbi qarşıdurmaların, mürəkkəb geosiyasi vəziyyətin və iqtisadi təlatümlərin mövcudluğu regionda əməliyyat şəraitinə ciddi təsir edir. Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə keçirilən tədbirdə deyib. Ə.Nağıyev dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında və birbaşa dəstəyi ilə […]

Prezident minatəmizləmədə fərqlənən bir qrup şəxsi medalla təltif edib

Prezident İlham Əliyev ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən bir qrup şəxsin “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı sənədə əsasən, aşağıdakı şəxslər təltif ediliblər: Bağırov Ceyhun Əkbər oğlu – polkovnik Daşdəmirov Mehman Qəhrəman oğlu – istefada olan polkovnik Məmmədov Süleyman Abdulla oğlu – […]