Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıyadək endirilib

Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar bayraqlar yarıyadək endirilib. Bu barədə “Report”a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bundan başqa, Xankəndi, Xocalı və Ağdərədə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri […]

Bakı metrosunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Qanlı 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi “Bakı Metropoliteni” QSC-də bir dəqiqlik sükutla anılıb. Saat 12:00-da xətlərdə bütün qatarlar tunellərdən stansiyalara çıxarılıb və sərnişinlərə sükut dəqiqəsini stansiyaların işçi və polis heyəti ilə birgə qeyd etməsi üçün şərait yaradılıb. Qatarlardan bir dəqiqə ərzində fit verilib.

Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin qurbanlarını yad edib

Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin qurbanlarını yad edib. Bu barədə qurumun “X” hesabında qeyd olunub. Vurğulanıb ki, Türkiyə Azərbaycanın ağrısını ürəyində hiss edir və həmişə Azərbaycanla çiyin-çiyinə dayanmağa davam edəcək: “Qardaş Azərbaycanda baş verən və tarixə Qara Yanvar kimi düşən qeyri-insani hücumlar zamanı həyatını itirən şəhidlərimizi dərin hörmət […]

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,66 ABŞ dolları və ya 2,4 % azalaraq 68,88 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 67,31 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

20 Yanvar faciəsindən 36 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümüdür.1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının doğma yurdlarından qovulmasına yönəlmişdi. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına, radikal erməni millətçiləri […]

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi – Video

Yanvarın 19-da daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə Daxili Qoşunların 2025-ci ildə xidməti fəaliyyətinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib. General-polkovnik Vilayət Eyvazov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, şəxsi heyətin sosial və maddi-texniki təminatının, xidmət şəraitinin daha […]

Böyük ola bilməyən “velikoruslar” – Duqin və solovyovların sönmüş ulduzları – ŞƏRH

Son 40 ildə baş verənlərdən Rusiyada nəticə çıxarmırlar. Hələ də “velikorus” düşüncəsi ilə yaşayırlar.Ötən gün bu ideologiyanın aparıcı fiqurlarından biri Aleksandr Duqin keçmiş sovet respublikalarına “dil uzadaraq” bildirib: “Rusiya Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın müstəqilliyi ilə barışmamalıdır”. Kremlin ideoloqu Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin müstəqil dövlətçilik hüququ […]