Ötən gün Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbi qulluqçu Səbuhi Gündüz oğlu Tağıyevin nəşi Naxçıvana aparılıb. Naxçıvan Beynəlxalq Hava Limanında şəhidin qarşılanma mərasimi keçirilib. Şəhid Tağıyev Səbuhi Gündüz oğlu bu gün Şahbuz rayonunun Badamlı qəsəbəsində dəfn olunacaq. Qeyd edək ki, Səbuhi […]
Aİ missiyası atışma olan kəndə getməkdən imtina edib
Aİ missiyasının nümayəndələri aprelin əvvəlində Tex kəndində (Dığ) olublar. Bu barədə Ermənistan parlamentinin deputatı Armen Xaçatryan bildirib. “Mən bildiyimə görə, hələ aprelin əvvəlində ora gediblər və monitorinq aparıblar. Amma müşahidənin nəticələri barədə heç nə deyə bilmərəm”, – Xaçatryan deyib. Qeyd edək ki, erməni KİV-də yayılan məlumata görə, Ermənistan XİN-in səylərinə […]
MN yaralı hərbçilərimiz barədə məlumat yaydı
Aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən […]
Dünən öldürülən erməni hərbçi xüsusi təyinatlı imiş
Aprelin 11-də öldürülən 4 erməni hərbçinin kimliyi məlum olub. Dogrusoztv.az erməni KİV-ə istinadən xəbər verir ki, Narek Sarkisyan adlı erməni hərbçi xüsusi təyinatlı qüvvələrin zabiti idi. Qeyd edək ki, Ermənistanın sözügedən təxribata daha öncədən hazırlaşdığı barədə KİV-də məlumat dərc olunmuşdu. Təxribatçı dəstənin öldürülən hərbçiləri: Artur Saakyan; Mkrtiç Arutyunyan; Narek Sarkisyan; […]
“Bu barədə Ermənistana çağırış etmişik” – Nazir
“Görüşümüz zamanı Ermənistanla sülh müqaviləsinə dair danışıqların aparılmasına diqqət yetirdik”. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov aprelin 12-də Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ötən ilin dekabr ayından etibarən Ermənistanın destruktiv mövqeyi nəticəsində birbaşa […]
Prezident Ermənistanın dünənki təxribatından danışdı
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edib. Dövlət başçısı Ermənistanla Azərbaycan arasında hazırda sülh prosesinin iki istiqamət üzrə həyata keçirildiyini diqqətə çatdırıb. Bu baxımdan Prezident Azərbaycanın Qarabağ iqtisadi regionundan olan erməni sakinlərlə birbaşa təmasların həyata keçirilməsi […]
Prezident Buyar Osmanini qəbul etdi – YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edib. Dövlətimizin başçısı beynəlxalq tədbirlər əsnasında Şimali Makedoniyanın Prezidenti və Baş naziri ilə olan təmaslarını məmnuniyyətlə xatırladı. Qəbula görə təşəkkürünü bildirən Buyar Osmani ATƏT-in fəaliyyətdə olan sədri kimi Şimali Makedoniyanın […]
Şəhid atasını dəfn edən oğul – VİDEO
Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin ötən gün törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vidadi Nizami oğlu Zalov dəfn edilib. “Unikal”ın məlumatına görə, şəhid atasının dəfn mərasimində azyaşlı oğlanın fəryadı ürəkləri dağlayıb. Sözügedən görüntüləri təqdim edirik:
Naxçıvanın səhiyyə naziri işdən çıxarıldı
Naxçıvan Muxtar Respublikasının (MR) səhiyyə naziri vəzifəsindən azad olunub. Bu barədə Naxçıvan Muxtar Respubliksı Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb. Sərəncama əsasən, səhiyyə naziri Niyazi Novruzov bu gün tutduğu vəzifədən azad edilib. Digər sərəncamla Samiq Asəf oğlu Sadiqov Naxçıvan MR səhiyyə nazirinin müavini təyin edilib və o […]
Dövlət qurumlarında yanacaq sərfi norması düzgün tətbiq edilməyib – Palata
Bir sıra dövlət qurumlarında yanacaq sərfi norması düzgün tətbiq edilməyib. Bu barədə Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatda qeyd edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ayrı-ayrı istiqamətlərdə müəyyən etdiyi xərc normativlərinə və prosedurlara əməl olunmaması hallarına 15 uyğunluq auditində rast gəlinib. Audit sübutlarının təhlili qurumlar tərəfindən müxtəlif növ tədbirlər üzrə […]