Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. Polad Həşimovun dünyaya gəlişindən 50 il ötür. P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, […]

DİM sədri: Bayramdan sonra imtahan qrafikinin açıqlanması nəzərdə tutulur

Bayram günlərindən sonra imtahan qrafikinin paylaşılması nəzərdə tutulur. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bayramla əlaqədar təbriki müraciətində məlumat verib. O həmçinin deyib ki, imtahanlarda iştirakçı sayı bu il 610 min nəfərdən, DİM-in elektron xidmətlərindən istifadə sayı isə 12 milyon dəfədən çox olub.

İlin son gününün havası açıqlanıb

Azərbaycanda dekabrın 31-də hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz […]

Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 29-da Bakı-Qroznı istiqamətində uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat verib. Xatırladaq ki, AZAL-a məxsus […]

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Fövqəladə Hallar Nazirliyi (FHN) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər […]

Bakıda təyyarə qəzasında həlak olan ekipaj üzvləri ilə vida mərasimi keçirilir

Dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirilir. Vida mərasimində onların ailə üzvləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər. Həlak olan üç ekipaj üzvü – gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və […]

DYP bayram günləri ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib. Müraciətdə deyilir: “Hazırda ölkəmizdə mövsüm üçün xarakterik olan yağışlı, qarlı hava şəraiti müşahidə olunur ki, bu amillər də yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsir göstərir. Bununla yanaşı, bayramla əlaqədar qeyri-iş günlərində magistral avtomobil yollarında hərəkət intensivliyinin əhəmiyyətli […]

Sabahdan Azərbaycanda yeddigünlük bayram tətili başlayır

Sabahdan Azərbaycanda yeddi gün qeyri-iş günü olacaq. Ölkədə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramıdır. Nazirlər Kabinetini qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 […]

Bu gün Qobustan və Ələtin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Qaradağ rayonu, Ələt qəsəbəsində yeni çəkilmiş ortatəzyiqli qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədar olaraq, dekabrın 29-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb Bildirilib ki, alternativ mənbədən istehlakçıların qaz təchizatı təmin ediləcək. Lakin alternativ mənbənin təmin edilməməsi […]