Polad Bülbüloğlu: İncəsənət müəllimləri 5 ildən bir attestasiyadan keçməlidir

İncəsənət müəllimləri 5 ildən bir attestasiyadan keçməlidir. Bunu Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu Milli Məclisin Elm və təhsil komitəsinin “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib. Komitə sədri vurğulayıb ki, keçirilən attestasiya imtahanları ciddi nəticə verdiyindən bu imtahanlarln mütəmadi olaraq, beş ildə bir […]

Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib

Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, iclası Baş prokuror, Elmi-Məsləhət Şurasının sədri Kamran Əliyev açaraq Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri, hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi, eləcə də qanunvericiliyin təkmilləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verib, […]

Əraqçi İranın nüvə doktrinasının dəyişməyəcəyi fikrindədir

İranın nüvə doktrinası həmişə sülh xarakterli olub. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera“ telekanalına müsahibəsində deyib. “Həmişə çalışmışıq və elə indi də çalışırıq ki, dinc nüvə enerjisindən istifadə edək”, – nazir bildirib. Əraqçi yeni Ali Rəhbərin hələlik məsələ ilə bağlı öz fikrini açıq şəkildə bildirmədiyini vurğulayıb. O […]

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ qeydə alınıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Qeyd edilib ki, 3.6 maqnitudalı zəlzələ yerli vaxtla 10:10-da və 56 km dərinlikdə baş verib.

Azərbaycan nefti 1 %-ə yaxın ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,03 ABŞ dolları və ya 0,94 % azalaraq 108,16 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 103,31 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

Prezidentin tapşırığı ilə Azərbaycandan İrana növbəti humanitar yardım yola salınır

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınır.İrana göndərilən humanitar yardıma ümumi həcmi 82 ton olan müxtəlif adda ərzaq məhsulları, […]

Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə Yaxın Şərqi müzakirə edib

Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts arasında telefon danışığı olub.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı Yaxın Şərqdə davam edən gərginlikdən narahatlıq ifadə olunub, onun Cənubi Qafqaz regionuna mümkün təsirləri barədə fikir mübadiləsi aparılıb. Fridrix Merts Azərbaycan ilə Ermənistan arasında […]

Kubada mümkün hakimiyyət dəyişikliyi – adanın ABŞ-yə geridönüşü – ŞƏRH

Yaxın Şərqdəki hadisələr ABŞ-nin Kuba ilə bağlı hədəflərini gerçəkləşdirmək istəyindən yayındırmayıb. Ötən gün Prezident Donald Tramp Ağ Evdə jurnalistlərə müsahibəsində bildirib ki, Kubanı “götürmək şərəfdir”. Ağ Evin indiki rəhbəri vurğulayıb ki, “azadlıq adasını götürüb”, “onunla istədiyini edə bilər”.Tramp ötən həftə razılaşma bağlamaqdan imtina edəcəyi təqdirdə Kubanı “dostcasına olmayan” üsulla da […]

DYP-nin şöbə rəisi: Ölümlə nəticələnən yol qəzalarının yarısı piyadavurma hallarıdır

Azərbaycanda ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin təxminən yarısı piyadavurma hallarının payına düşür. Bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev deyib. O bildirib ki, yol hərəkəti təhlükəsizliyi yalnız sürücülərin davranışı ilə deyil, hərəkətdə iştirak edən hər kəsin məsuliyyəti ilə təmin olunur. Bu baxımdan piyadaların davranışı da ümumi təhlükəsizlik mühitinə […]

Sabah 17 dərəcə isti gözlənilir

Azərbaycanda martın 18-də havanın 17 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° […]