Türkiyə XİN: Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumunu məmnuniyyətlə qarşılayırıq

Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasını məmnuniyyətlə qarşılayırıq. Doğrusöztv.Az-ın məlumatına görə, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı açıqlamasında əksini tapıb. Açıqlama belə davam edir: “Bu anlaşmanın iki ölkənin dostluğunu gücləndirməsini, dost və qardaş Azərbaycan […]

Xaricdə yaşayan Azərbaycan vətəndaşlarına pasportla bağlı müraciət olunub

Xaricdə yaşayan Azərbaycan vətəndaşlarına pasportla bağlı müraciət olunub. Doğrusöztv.Az bildirir ki, Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına uyğun olaraq, 01 yanvar 2020-ci il tarixindən etibarlıq müddəti bitmiş və ya sonra bitən pasportlarının etibarlıq müddəti 01 iyul 2021-ci il tarixinədək uzadılmış hesab olunur. Xahiş olunur […]

Fevralın 1-dən sonra da şagirdlərin distant tədrisi seçmək hüququ var – Təhsil naziri

Fevralın 1-dən valideynin öz övladının yalnız distant formada tədrisinin davam etdirmək istəməsi hüququ var. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda sosial məsafə tələbi olduğundan siniflər iki qrupa bölünəcək.

İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır – Fərman

Prezident İlham Əliyev Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır. Müəyyən edilir ki, […]

“Dostluq” Azərbaycanın neft satışı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq – Amerikalı ekspert

“Dostluq” yatağının birgə işlənməsi ilə bağlı anlaşma memorandumunun imzalanması Xəzər dənizində Azərbaycan-Türkmənistan əməkdaşlığında yeni səhifə açacaq. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Mərkəzi Asiya üzrə amerikalı ekspert Bryus Panyer deyib. O bildirib ki, bu layihə Azərbaycanın neft satışı ilə bağlı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq: “Azərbaycan və Türkmənistan Şərqlə Qərb arasında ticarət üçün […]

Məktəblərdə qış tətili BU TARİXDƏ olacaq – Rəsmi

Yanvarın 27-də qış tətili başlayacaq. BiG.AZ-ın məlumatına görə, bunu “Xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları” barədə məlumat verən Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bildirib. Onun sözlərinə görə, 1 fevralda ikinci yarımillik başlayır.

Səhiyyə komitəsinin iclası keçirilib – FOTO

Yanvarın 21-də Milli Məclisin Səhiyyə komitəsinin cari ilin yaz sessiyasında videokonfrans formatında ilk iclası keçirilib. Komitə sədri Əhliman Əmiraslanov iclası açaraq diqqətə çatdırıb ki, iclasın gündəliyinə 2020-ci ilin payız sessiyası dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat və komitənin 2021-ci ilin yaz sessiyası üçün iş planı ilə bağlı məsələlər daxil […]

Bakı Şəhər Prokurorluğunun 5 əməkdaşına töhmət verilib

Yanvarın 21-də Bakı Şəhər Prokurorluğu orqanları tərəfindən 2020-ci il ərzində cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə, qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib. Unikal.org xəbər verir ki, əməliyyat müşavirəsində qeyd olunub ki, hesabat dövründə xidməti, […]

Deputat Malik Həsənov:”Artıq Böyük qayıdış proqramı hazırlanır”

“Dövlətimizin başçısı,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin Azərbaycanın Qələbəsi, Ermənistanın kapitulyasiyası ilə başa çatmasından sonra növbəti mərhələyə –  öz tarixi sahibinə qayıdan  torpaqlarımızda quruculuq və bərpa işlərinə start verilib.  Prezident İlham Əliyevin işğaldan azad edilmiş şəhər və rayonlarımıza qalib Ordunun və dövlətin qalib […]

İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib

Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib. Türkmənistan və Azərbaycan prezidentləri görüşdə çıxış etdilər. Prezident Qurbanqulu Berdiməhəmmədovun çıxışı -Hörmətli […]