Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir

Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir. Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çolpon-Ata şəhərindəki Konqres Mərkəzinə gəldi.

Mumbayda binanın çökməsi nəticəsində ölənlərin sayı 9-a çatıb

Mumbayda (Hindistan) dördmərtəbəli binanın bir hissəsinin çökməsi nəticəsində ölənlərin sayı 9-a çatıb. Bu barədə “Hindustan Times” məlumat yayıb. “Hazırda biz dağıntılar altından 8 nəfərin meyitini çıxarmışıq. Binanın 6 sakini və təmir işləri aparan 5 fəhlə itkin düşmüş hesab olunur”, – təcili xidmətlərdən bildirilib. Hadisə iyulun 30-u gecə saatlarında baş verib.

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il avqustun 2-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, imtahanda iştirak etmək üçün 1125 namizəd qeydiyyatdan keçib. Namizədlər bu linkə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap […]

Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb

Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb. Bununla bağlı iki ölkə arasında imzalanmış sənədlərin iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimi olub. Belə ki, Azərbaycanın Şuşa şəhəri ilə Qırğızıstanın Çolpon-Ata şəhəri arasında, Qəbələ şəhəri ilə Karakol şəhəri arasında, Gəncə şəhəri ilə Oş şəhəri […]

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir. Yohannesburq Beynəlxalq Hava Limanında Milli Məclisin sədrinin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili Hüseyn Rəhimli və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın Pan-Afrika Parlamentinin Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında iştirakı, […]

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb. Müqaviləni iki ölkənin prezidenti İlham Əliyev və Sadır Japarov imzalayıblar. Bundan başqa dövlət başçıları arasında “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının 3-cü iclasının Qərarı” imzalanıb.

Prezident: Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir

Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir. Bu barədə Prezident İlham Əliyev Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib. “Bu, qarışıqlı fəaliyyətin ən yüksək səviyyəsidir”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gəlib. Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova qarşılayıblar.

Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq

Kosmonavtikanın inkişaf etdirilməsində xüsusi xidmətlər göstərmiş alim və hərbi xadim, general-leytenant Kərim Abbasəli oğlu Kərimovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaşadığı binaya xatirə lövhəsi vurulacaq. Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. İşin icrası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb.

FHN Xəzərdə ən təhlükəli əraziləri açıqladı

Hazırda paytaxt ərazisində müşahidə olunan güclü küləkli hava şəraiti fonunda Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşlara bir daha təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb. Nazirliyin rəsmisi, kapitan Fərd İlhamoğlu saytımızın sorğusuna cavab olaraq bildirib ki, aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, xüsusilə uşaqlar və yeniyetmələr arasında qeyri-çimərlik ərazilərində və təhlükəli su hövzələrində çimmə […]