Prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun rektoru Məmmədov Ceyhun Valeh oğlunun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Doğrusöztv.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Qeyd edək ki, Ceyhun Məmmədov 9 fevralda keçirilmiş növbədənkənar parlament seçkilərində 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilib.
Neftçalanın yeni icra başçısından maraqlı addım
Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə Neftçala rayonunun ən yaşlı xanımı olan 123 yaşlı Sona Səmədovanı ziyarət edib.
Polis mayoruna yeni vəzifə verildi
Daxili işlər orqanlarında (DİN) yeni kadr təyinatı olub.Doğrusöztv.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov müvafiq əmr imzalayıb.Əmrə əsasən, polis mayoru Toğrul Həsənağa oğlu Hüseynov Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi vəzifəsinə təyin edilib.Qeyd edək ki, T.Hüseynov bu […]
Həbsdə halı pisləşən Koçaryan xəstəxanaya yerləşdirilib
Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryanın səhhətində problem yaranıb. Unikal.org erməni KİV-nə istinadən xəbər verir ki, həbsə halı pisləşən keçmiş prezident saxlanıldığı istintaq təcridxanasından “Nairi” Tibb Mərkəzinə aparılıb.Hazırda onun vəziyyəti normal hesab olunur.
Təhsil Nazirliyinin ən kiçik məktəbi yandı
Mingəçevir şəhərində Təhsil Nazirliyinə məxsus binada yanğın olub. Doğrusöztv.az FHN-nin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 175 m2 olan birmərtəbəli orta məktəb binasının (xarici və arakəsmə divarları yüngül konstruksiyalardan ibarət) yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər və ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. loading…
Boks üzrə Azərbaycan milli komandalarının lisenziya turniri üçün heyəti müəyyənləşib
DOĞRUSÖZTV.AZ – BAKI Kişi və qadın boksçulardan ibarət Azərbaycan milli komandalarının martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda start götürəcək Avropa Olimpiya Təsnifat Turniri üçün heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 10 gün davam edəcək yarışda ölkəmizin idman şərəfini 12 boksçu qoruyacaq. Azərbaycan kişi boksçuların mübarizəsində tam heyətlə təmsil olunacaq. Millimizin […]
Koronavirus dünya iqtisadiyyatına 2,7 trilyon dollara başa gələ bilər
Koronavirusunun yayılmasına görə, dünya iqtisadiyyatı 2,7 trilyon ABŞ dollarına qədər (2.38 trilyon avro dəyərində) itirə bilər. APA Bloomberg agentliyinə istinadən bildirir ki, bu məlumatları agentliyin mütəxəssisləri açıqlayıb. Tədqiqatçılar bu xəstəliyin iqtisadiyyata təsir ssenarilərini göstəriblər. Bildirilir ki, əgər xəstəliyin yayıldığı yer, Çin hakimiyyəti prosesləri nəzarət altına alsa və ilin ikinci rübündə […]
Mehriban Əliyeva qadınları təbrik etdi
Birinci vitse-prezident Mehriban Əliyeva 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rəsmi İnstaqram səhifəsində paylaşım edib. “Beynəlxalq Qadınlar Günü münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, sevinc dolu işıqlı və xoşbəxt anlar, bütün işlərinizdə uğurlar arzulayıram! Qoy doğma və yaxınlarınızın sevgisi sizin tükənməz enerji mənbəyiniz olsun! Qoy sizin […]
Beynəlxalq Qadınlar Günü Azərbaycan Ordusunda qeyd edilib – VİDEO
Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçu, həmçinin mülki işçilərin iştirakı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbirləri keçirilib.Müdafiə nazirinin bayram münasibətilə təbriki tədbir iştirakçılarına çatdırıldıqdan sonra qadınlara bayram hədiyyələri və çiçək dəstələri təqdim olunub.Eyni zamanda bayram günündə ölkəmizin suverenliyi […]
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında operativ qərargahın MƏLUMATI
Koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Doğrusöztv.Az xəbər verir ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan […]