İranın Hörmüz boğazını açmasından sonra qlobal enerji bazarlarında neft ucuzlaşıb. Londonun ICE birjasında “Brent” markalı neftin iyun fyuçerslərinin dəyəri 9,95% azalaraq 89,5 dollar/barel təşkil edib. Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin may fyuçerslərinin dəyəri də 11,05% azalaraq 84,23 dollar/barel təşkil edib. Xatırladaq ki, bu gün İranın xarici işlər naziri […]
Martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. İmtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN […]
Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilir, Prezident tədbirdə iştirak edir
Türkiyənin Antalya şəhərində 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilir. Bu barədə APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak edirlər.
XİN rəhbəri: Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə görüşməyə hazırdır.“Unian“ın xəbərinə görə, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa bildirib. O qeyd edib ki, görüş Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə mümkündür.
Sabahdan Külək güclənəcək – XƏBƏRDARLIQ
Aprelin 18-də, 18-20-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Gəncə, Göygöl, Samux, Ağdam, Yevlax, Tərtər, Bərdə, Göyçay, Neftçala, Salyan, Quba, […]
Simonyan və Sahibə Qafarova münasibətlərin normallaşmasından məmnunluqlarını bildirib
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri iki ölkə arasında münasibətlərin normallaşması prosesini müzakirə edib. Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan “X” hesabında bildirib. O, Parlamentlərarası İttifaqının (PAİ) 152-ci Assambleyası çərçivəsində İstanbulda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdüyünü və ölkələr arasında münasibətlərin normallaşması istiqamətində son irəliləyişləri, o cümlədən sülhün […]
Hikmət Hacıyev: Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər
Regionda təkcə ikitərəfli deyil, üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Dəyişən dünyada regional sahibliyin rolu” mövzusunda keçirilən panel sessiyada deyib. O, Azərbaycanın bölgədə ölkələrin öz nizamını qurmalı olduğuna tərəfdar çıxdığını […]
Kamran Əliyev Türkiyədə məktəbə edilən silahlı hücumla bağlı baş sağlığı verib
Baş prokuror Kamran Əliyev Türkiyədə məktəbə edilən silahlı hücumla bağlı Azərbaycanda səfərdə olan Türkiyə Ali Məhkəməsinin 2-ci Cinayət Kollegiyasının Sədri Yusuf Kuzuya baş sağlığı verib. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Baş prokuror Şanlıurfa və Kahramanmaraş şəhərində yerləşən məktəbə edilən silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çox sayda […]
Pərviz Şahbazov: “Enerji məsələsi dövlətlərin ümumi təhlükəsizliyi üçün vacibdir”
Enerji təhlükəsizliyi məsələsi dövlətlərin ümumi təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. “Report”un Antalyaya ezam olunmuş müxbirinin məlumatına görə, energetika naziri Pərviz Şahbazov bunu Antalya Diplomatik Forumu çərçivəsində keçirilən panel sessiyasında bəyan edib. “Bu günlərdə, məlum olduğu kimi, bir çox Yaxın Şərq ölkəsində çox ciddi böhran müşahidə olunur – bu, tarixi […]
Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb
Aprelin 17-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla görüşü olub.Bu barədə APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir.