Hörmüz boğazı açıq qalmalıdır. “Xinhua“nın xəbərinə görə, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin bildirib. Si Cinpin qeyd edib ki, Hörmüz boğazında normal gediş-gəliş təmin edilməlidir.
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar
Belçika Krallığının Azərbaycandakı səfiri Julyen de Frepon və Niderland Krallığının ölkəmizdəki səfiri Marian de Yonq ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə çağırılıblar. Görüşlər zamanı, aprelin 16-da Belçika və Niderland Parlamentləri tərəfindən qəbul edilmiş, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, eləcə də Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini sarsıtmaq məqsədi daşıyan növbəti məsuliyyətsiz […]
Yasamalın bir hissəsində qaz kəsilib
Bu gün saat 12:30-dan etibarən Bakının Yasamal rayonunun bir hissəsində qaz kəsilib. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, bu rayonun A.Şaiq küçəsində söküntü işləri ilə əlaqədar qaz xətlərinin yerinin dəyişməsi məqsədilə Z.Adıgözəlov, M.Muxtarov, Zərgərpalan, Ə.Hüseynzadə, A.Şaiq küçələrinin qaz təchizatı müvəqqəti dayandırılıb.
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən cari il üçün təsdiq olunmuş hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin cəlb olunması ilə keçirilən növbəti təlim toplanışı başlayıb. Müdafiə Naazirliyindən verilən xəbərə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində keçirilən […]
Ucarda 15 yaşlı qız ana olub, cinayət işi başlanılıb
Ucarda 15 yaşlı qız ana olub, cinayət işi başlanılıb.Bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, daxil olan məlumata görə Ucar Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, aprelin 14-ü saat 19:00 […]
Sabah Azərbaycanda yağış yağacaq
Azərbaycanda aprelin 21-də havanın arabir yağıntılı keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşama doğru yağış tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 10-12° isti, […]
Pezeşkian: Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir
İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, Yaxın Şərqdə müharibə heç bir tərəfə fayda gətirmir və gərginliyin azaldılması üçün bütün diplomatik və rasional yollardan istifadə edilməsinə çağırıb. Bu barədə İranın dövlət informasiya agentliyi “IRNA” məlumat yayıb. “Müharibə heç kimin maraqlarına cavab vermir və təhdidlərə qarşı durarkən gərginliyin azaldılması üçün bütün […]
Paşinyan: Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri genişləndirmək istəyir
Qonşu ölkələrlə münasibətlərin qurulması Ermənistanın balanslaşdırılmış xarici siyasətində mühüm rol oynayır. Bunu Baş nazir Nikol Paşinyan bu gün hakim “Vətəndaş müqaviləsi” partiyasının seçkiqabağı proqramının təqdimatı zamanı bəyan edib. “Regionallaşma balanslaşdırılmış xarici siyasətin formalaşmasında əsas rol oynayır, bunun başlıca məqsədi Ermənistanın xarici dəstək olmadan öz mühitində təkcə yaşamaq deyil, həm də […]
“Azərpoçt”un rəhbəri işdən çıxıb
“Azərpoçt” MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsini icra edən İsi Mustafayev işdən çıxıb.“Report”un əldə etdiyi məlumata görə, o, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin İH sədrinin müşaviri vəzifəsinə təyinat alıb. Xatırladaq ki, İ. Mustafayev 2000-ci ildən müxtəlif şirkət və banklarda iqtisadçı və departament direktoru kimi rəhbər vəzifələrdə çalışıb, 2021–2022-ci illərdə “Azərpoçt”un […]
İranda “Mossad” ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib
İranda İsrailin “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlıqda təqsirli bilinən iki nəfər edam edilib. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Məlumata görə, xaricdə xüsusi hazırlıq keçmiş məhkumlar “Mossad”la əlaqəli geniş casus şəbəkəsinin iştirakçısı olublar və İran xüsusi xidmət orqanlarının versiyasına görə, İslam Respublikasının ərazisində təxribatlar həyata keçirməyi planlaşdırıblar. Agentlikdən bildiriblər ki, […]