Prezident İlham Əliyev diplomatik xidmət orqanlarının bir neçə əməkdaşına diplomatik rütbələr verilməsi ilə bağlı sərəncam imzalayıb.Sərəncama əsasən aşağıdakılara diplomatik rütbə verilib. fövqəladə və səlahiyyətli səfir Rəfiyev Yalçın İlqar oğlu Şərifov Samir Ənvər oğlu birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi Hacıyev Sultan Ağami oğlu Nəsibov Ruslan Rafael oğlu ikinci dərəcəli fövqəladə […]
HHQ və XTQ komandanları təltif olunub
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Havva Qüvvələri (HHQ) və Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanlarını təltif edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, general-polkovnik Z.Həsənovun müvafiq əmrinə əsasən müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Namiq İslamzadə fəxri fərman, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, […]
Ərdoğan: Türkiyə NATO-ya öz imkanlarını təqdim etməyə hazırdır
Türkiyə NATO-ya öz imkanlarını təqdim etməyə hazırdır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsinin açılış mərasimində deyib. Onun sözlərinə görə, Türkiyənin ən böyük uğurlarından biri müdafiə sənayesində əldə etdiyi sıçrayışdır: “Yüksək ixrac potensialı sayəsində ölkəmiz bu sahədə dünyanın aparıcı dövlətləri sırasına daxil olub. […]
Sabah Azərbaycanda 35 dərəcə isti olacaq
Azərbaycanda iyulun 9-da 35 dərəcə isti olacaq.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 28-31° isti olacaq. […]
Azərbaycan və İordaniya viza rejimini ləğv edir
Azərbaycan və İordaniya ümumvətəndaş pasportlarının sahibləri üçün qarşılıqlı viza rejimini ləğv edir. Müvafiq sazişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun iordaniyalı həmkarı Əymən Əs-Safadi imzalayıblar. Bundan əlavə, XİN başçıları iki ölkənin hökumətləri arasında energetika sahəsində Anlaşma Memorandumu imzalayıblar.
Dövlət Agentliyinin yeni sədr müavini kimdir? – DOSYE
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyində yeni təyinat olub. Bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Vüqar Qurban oğlu Məmmədov ƏƏSMN tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilib. V.Məmmədov bunadək Dövlət Tibbi-Sosial Ekspertiza […]
Heç bir səhiyyə sistemi resursa doymur – TƏBİB
Simulyasiya mərkəzləri beynəlxalq təcrübədə xüsusi yer tutur və tibb peşəsində peşəkarlığı artırmaq üçün vacibdir. Bunu Yeni Klinikada Simulyasiya və Təlim Mərkəzinin açılış mərasimində TƏBİB-in İcraçı direktorunun müavini Bahadur Rzayev deyib. Onun sözlərinə görə, bütün dünyada heç bir səhiyyə sistemi resursa doymur, ona görə də hər zaman bu proses davamlı təşkil […]
İki gün əvvəl Mərdəkanda dənizdə batan 16 yaşlı gəncin meyiti tapılıb
[center][img]https://azadmedia.az/uploads/posts/2026-07/1783493011_screenshot-2026-07-08-104053.png[/img][/center]İki gün əvvəl Mərdəkanda dənizdə batan 16 yaşlı gəncin meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2010-cu il təvəllüdlü Hümbətov Vüsal Arif oğlunun meyiti batdığı yerdən təxminən 6 kilometr aralı sahildə aşkar edilib.
Sabah Yevlax və Bərdənin bəzi kəndlərində qaz olmayacaq
Sabah Yevlax və Bərdə rayonlarının bəzi kəndlərinin təbii qazın verilməsində məhdudiyyətlər yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyulun 9-da saat 09:00-dan işlər yekunlaşanadək Yevlax rayonunun Malbinəsi, Qoyunbinəsi, Qaraməmmədli, Qaramanlı, Hacımahmudlu, […]
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,95 ABŞ dolları və ya 2,64 % artaraq 75,66 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 71,87 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]