Bakı meri Elman Fətiyevə yeni vəzifə verdi

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) yeni təyinat olub. Qaynarinfo-nun məlumatına görə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin direktor vəzifəsini Fətiyev Elman Yaşar oğluna həvalə edib. Bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Elgin Həbibullayev Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin olunduğundan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin direktoru […]

Rusiya Nəqliyyat Nazirliyi Azərbaycandan üzr istədi

“Azərbaycan Rusiya aviakompaniyalarına məxsus təyyarələri həbs etməyib”. Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Nəqliyyat Nazirliyindən bildirilib. Qeyd olunub ki, martın 22-də Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyevin Federasiya Şurasının iqtisadi siyasət komitəsində çıxışı zamanı səsləndirdiyi məlumat təsadüfən səslənən səhv olub: “Azərbaycanda Rusiya aviaşirkətlərinin təyyarələri həbs edilməyib. Bu məlumat təsadüfi səhv […]

Gizli yazışmalar üzə çıxacaq – 100 milyon dollarlıq məhkəmə

58 yaşlı Hollivud aktyoru Conni Depp keçmiş həyat yoldaşı, 35 yaşlı aktrisa Ember Herdlə məhkəməyə çıxacaq. Lent.az “Deadline” nəşrinə istinadən xəbər verir ki, məhkəmədə iş adamı İlon Mask və Ember Herdin keçmiş sevgilisi aktyor Ceyms Franko şahid qismində iştirak edəcək. Aktrisa Depplə hələ evli olarkən onu hər ikisi ilə aldadıb. Məhkəmədə Franko […]

Vətən müharibəsi iştirakçıları ilə bağlı VACİB XƏBƏR

Vətən müharibəsində iştiraka görə təltif olunacaq şəxslərin siyahısı hökumətə təqdim edilib. “Report”un əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 3088 nömrəli […]

Zakir Həsənov hərbi hospitalı ziyarət edib – FOTOLAR

Martın 19-da Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını ziyarət edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, General-polkovnik Z.Həsənov hospitalda müalicə olunan bir qrup hərbi qulluqçu ilə görüşərək onların səhhəti ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu […]

Ali Məhkəmə sevgilisinin qətlini sifariş edən qadınla bağlı qərar çıxarıb

Ali Məhkəmə Beyləqan rayonunda sevgilisinin qətlini sifariş etməkdə təqsirləndirilən Əzizə Sadıqovanın barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə qərarnı elan edib. “Report”un xəbərinə görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qadının kassasiya şikayəti təmin olunmayıb. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb. İttihama əsasən, 2018-ci ilin iyul ayında Quba rayon […]

Bakıda 2 nəfərdən silah-sursat götürülüb

Bakıda 2 nəfərdən silah-sursat götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan F.Teymurovdan “CZ-27” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron götürülüb. Bundan başqa, polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər […]

Azərbaycanlının intiharında təqsirləndirilən vəzifəli şəxs saxlanıldı: HƏBS EDİLƏCƏK

Moskvanın Xoroşevski məhkəməsində işləyən məhkəmə icraçısı Cəmil Axundovun intiharının səbəbi məlum olub.İntiharla bağlı Cəmil Axundovun şöbə müdiri Yan Poçatkov saxlanılıb. Müstəntiqlər sübut ediblər ki, məhz Poçatkov Cəmil Axundovu intihar həddinə gətirib çatdırıb.İstintaq materiallarından məlum olub ki, 2018-ci il dekabrın 3-dən 2021-ci il iyulun 9-dək o, dəfələrlə Axundova qarşı alçaldıcı hərəkətlər […]

Rusiyada internet çöksə, Azərbaycana təsiri olacaq? – AÇIQLAMA

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar informasiya texnologiyaları sahəsini də əhatə edir. Bəs bu Azərbaycan üçün hansı təhlükələri yaradır? Bu barədə Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər ki, Azərbaycanın qlobal internet şəbəkəsinə bağlantısı “Delta Telekom LTD” MMM və “Azərtelekom” MMC-nin beynəlxalq internet kanalları vasitəsilə təmin edilir. Qeyd edilib […]