Gələn həftə direktorların işə qəbulu üzrə elektron qeydiyyatı başlayacaq

Azərbaycanda direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesi üzrə elektron sənəd qəbulu mərhələsinə 29 iyun saat 11:00-dan etibarən başlanılacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Namizədlər iyulun 6-sı saat 17:00-dək miq.edu.az/direktor linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər. Proses Elm və […]

Şuşada TDT ölkələrinin dini qurumlarının rəhbərlərinin Birinci görüşü keçiriləcək

Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin iyunun 30-da Birinci görüşü keçiriləcək. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Belə ki, tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələrin (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbərlərinin iştirakı […]

MM sədri: Azərbaycan İƏTPİ Konfransının hədəflərinin irəli aparılmasına tam sadiqdir

Azərbaycan İƏTPİ Konfransının hədəflərinin irəli aparılmasına tam sadiqdir. Bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının açılış mərasimindəki çıxışında deyib. O qeyd edib ki, İƏT dövlətləri işğal vaxtı, eləcə də işğaldan sonra daim Azərbaycanla həmrəylik nümayiş etdirib. “İslam Əməkdaşlıq Təşkilatı […]

İlham Əliyev: Qərbdə bəzi siyasi dairələr İslam dininə qarşı qərəzli təsəvvür yaratmağa cəhd göstərir

Qərbdə bəzi siyasi dairələr İslam dininə qarşı qərəzli təsəvvür yaratmağa cəhd göstərir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 24-ü Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına ünvanladığı müraciətdə bildirilib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan torpaqlarında İslam mədəni irsinə qarşı törədilmiş […]

Sabah fəlsəfə doktoru və doktoranturaya qəbul üzrə xarici dil imtahanı təşkil olunacaq

Sabah doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. İmtahanlarda ümumilikdə 2 351 nəfər iştirak edəcək. Doktoranturaya qəbul imtahanına 1926 nəfər (1890 nəfər ingilis dili, 16 nəfər fransız dili, 20 nəfər alman dili), fəlsəfə doktoru imtahanına 389 […]

Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,67 ABŞ dolları və ya 0,83 % azalaraq 79,76 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 75,39 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

Şimali Kiprin spikeri Azərbaycana səfərə gəlib

Şimali Kiprin parlament sədri Ziya Öztürkler Azərbaycana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Qeyd olunub ki, səfər çərçivəsində Ziya Öztürkler Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.

Bakıda yalnız 3 istiqamətdə tıxac var

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq […]

İlham Əliyev dövlət qulluqçularını təltif edib – SİYAHI

Azərbaycan Prezidenti İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən aşağıdakı şəxslər dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif ediliblər: “Tərəqqi” medalı ilə Abdullayev Həbib Fərhad oğlu Ağakərimov Akif Ağakərim oğlu Ağayeva Aynurə Ərəstun qızı Allahverdiyeva Rəvanə Çingiz qızı Bəylərova Təranə Yunus qızı Cabbarov Vilayət Hidayət oğlu Əhmədova […]

Sabahdan bəzi yerlərdə yağış intensivləşəcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyunun 24-ü axşamdan 25-i səhərədək arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin iyunun 29-dək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü […]