Toyların keçirilməsi hansı halda mümkün ola bilər? – Komitə sədri açıqladı

Hesab edirəm ki, Operativ Qərargah toyların keçirilməsi ilə bağlı normativlər hazırlamalı və elan etməlidir ki, hansı şərtlər daxilində bu mərasimləri keçirmək olar. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. M.Quliyev bildirib ki, pandemiyanın bundan sonra daha nə qədər davam edəcəyi ilə bağlı heç […]

Lavrov Ermənistanı qınadı

“Rusiya Azərbaycan və Ermənistana sərhədlərini delimitasiyasi ilə bağlı kömək göstərməyə hazırdır”. Doğrusöztv.Az Milli.Az -a istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov söyləyib: “Ermənistan-Azərbaycan sərhədində emosiyaları gücləndirmək üçün heç bir səbəb yoxdur”, – nazir bəyan edib.

ABŞ-ın Azərbaycandakı səfiri və USAID-in direktoru Milli Məclisin deputatı Sevil Mikayılova ilə görüşüblər

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger və USAID-in direktoru Cey Sinqx Milli Məclisin deputatı Sevil Mikayılova ilə görüşüblər. Doğrusöztv.Az Milli.Az-a istinadən bildirir ki, görüş zamanı USAID-in Azərbaycan bölgələrinin nəhəng kənd təsərrüfatı və turizm potensialının artırılmasına yönəlik fəaliyyəti müzakirə edilib. Görüşdə, həmçinin gələcəkdə Xaçmaz rayonunda USAID-in kənd təsərrüfatı və turizm sahəsində uğurlu layihələrin […]

Azərbaycan Ordusu bu gündən başlayır – 15 MİN ƏSGƏR, 300 TANK…

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən mayın 16-dan Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə təlimlər keçirilir. Doğrusöztv.Az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, […]

Rusiya Ermənistana yardımını dayandırmaq istəyir – ÖZƏL AÇIQLAMA

“Nikol Paşinyanın təxminən bir həftə əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşü zamanı dediyi “Ermənistan Dağlıq Qarabağla bağlı üştərəfli bəyanatı həyata keçirmək üçün hər cür səy göstərməyə hazırdır” sözləri onun cəsarətindən yox, çarəsizliyindəndir”. Doğrusöztv.Az bildirir ki, bunu Milli.Az-a açıqlamasında rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib. O bildirib ki, Paşinyan üçtərəfli […]

Biz həmişə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Udi xalqına olan diqqətini hiss edirik – Alban-Udi Xristian icmasının sədri

Ölkə başçısı və birinci xanım Mehriban Əliyevanın “Xarıbülbül” festivalından qayıdar-qayıtmaz Qəbələyə gəlib Müqəddəs Məryəm Ana Alban kilsəsini və digər dini yerləri ziyarət etməsi ölkədə dinlərə qarşı olan diqqətin bariz nümunəsidir. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Alban-Udi Xristian icmasının sədri Robert Mobili deyib. O qeyd edib ki, Azərbaycanda bütün etnik qruplar, […]

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar – FOTO

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar. Doğrusöztv.Az istinadən bildirir ki, dövlətimizin başçısına və birinci xanıma kilsədə görülən işlər barədə məlumat verildi: -Müqəddəs Məryəm Ana kilsəsi 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa […]

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələnin Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 15-də Qəbələnin Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva əvvəlcə Nic qəsəbəsindəki 1 saylı orta […]

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışında olublar – FOTO

Mayın 15-də Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub. Doğrusöztv.Az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dəmir yollarının müasirləşdirilməsi ölkəmizin iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də sosial sahənin inkişafına yüksək diqqətin real göstəricisidir. Dövlətimizin başçısına və […]

Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır

Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır. Doğrusöztv.Az istinadən bildirir ki, bunu Prezident İlham Əliyev mayın 15-də Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində olarkən deyib. Dövlət başçısı bildirib: “Udi xalqının çox böyük tarixi mirası var. İndi həm Qəbələ rayonu ərazisində və eyni zamanda, azad edilmiş torpaqlarda siz […]