Bakıda Hərbi Qənimətlər Parkı yaradılır (FOTO/VİDEO)

Bakıda Hərbi Qənimətlər Parkı yaradılır. Doğrusöztv.Az-ın məlumatına görə, park Xətai rayonu ərazisində yerləşir. Ərazidə tikinti işləri davam etdirilir. Vətən müharibəsində Azərbaycan Ordusunun darmadağın etdiyi düşmənə aid hərbi texnikaların bir qismi park ərazisində yerləşdirilib. Həmin hərbi texnikaların bir qismi ötən il dekabrın 10-da keçirilən Zəfər paradında da nümayiş olunmuşdu.

Azərbaycan radioları Dağlıq Qarabağ və ətraf ərazilərdə yayımlanacaq

Milli Televiziya və Radio Şurasının video formatda iclası keçirilib. Doğrusöztv.Az-ın məlumatına görə, iclasda işğaldan azad olunmuş ərazilərdə radio yayımın təşkili məsələləri müzakirə olunub. İşğaldan azad olunmuş ərazilərdə yeni yayım tezliklərinin istifadəyə verilməsi ilə əlaqədar Şuşa şəhərində yerləşən Radio Televiziya Yayım Stansiyası (RTYS) vasitəsilə ümumölkə radio kanallarının (“Xəzər” radiosu, “Azad Azərbaycan” […]

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib (FOTO)

Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, fevralın 7-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Bu barədə Doğrusöztv.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir. Mərasimlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər. […]

Bu il Rusiya-Azərbaycan arasında yeni layihələrin başlanılması gözlənilir

2021-ci ildə yeni Rusiya-Azərbaycan layihələrinin icrasına, xüsusən də Azərbaycanda kənd təsərrüfatı və yol tikinti texnikasının yığılmasının təşkili ilə bağlı işlərin başlanması gözlənilir. Doğrusöztv.Az bildirir ki, bu barədə Trend-ə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov deyib. Onun sözlərinə görə, ticarət missiyası Rusiya müəssisələrinin Azərbaycan bölgələrinin sosial-iqtisadi inkişafı layihələrində iştirakına xüsusi diqqət […]

Mübariz İbrahimovun xatirəsi yad edilib

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Müdafiə Nazirliyinin nümayəndə heyəti və bir qrup hərbi qulluqçu igidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər. Bu barədə Doğrusöztv.Az  Müdafiə Nazirliyinə istinadən xəbər verir. Anma mərasimində polkovnik-leytenant Namiq Cavadov qəhrəmanlığı ilə başqalarına nümunə olan Mübariz İbrahimovun vətənpərvərlik və mübarizlik hissinin […]

COVID-19-a yenidən yoluxmanın səbəbi açıqlanıb

Artıq bir dəfə COVID-19-a yoluxan şəxslərdə immunitet bitdikdən sonra xəstələrlə tez-tez təmasda olarsa onlar eyni virusa yenidən yoluxa bilər. Unikal.org xəbər verir ki, bunu “RİA Novosti”yə tanınmış infeksionist Yevgeni Timakov söyləyib. O deyir ki, immunitet sistemi hər hansı bir dərman qəbulu nəticəsində zəifləyən zaman da təkrar yoluxma mümkündür: “İnsanlar bir neçə […]

Pensiyalar nə qədər artdı?

Xəbər verdiyimiz kimi, Azərbaycanda əmək pensiyalarının sığorta hissəsi 11,4 faiz həcmində artırılır. Pensiyaçıları maraqlandıran əsas məsələ isə indeksləşmədən sonra pensiya məbləğlərinin nə qədər olacağıdır. Dogrusoztv.az xəbər verir ki, mövzu ilə bağlı “Qafqazinfo”ya açıqlama verən iqtisadçı ekspert Rövşən Ağayev xatırladıb ki, qanunvericiliyə görə pensiya almaq üçün ya 25 il iş stajın olmalı, yaxud […]

Ukrayna XİN-i Azərbaycanla bağlı paylaşım edib.

Bu gün Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından 29 il keçir. Bununla əlaqədar olaraq Ukrayna Xarici İşlər Nazirliyi özünün “Twitter” hesabından paylaşım edib. Xarici işlər qurumu hər iki dövlətin yaxşı dost və strateji tərəfdaş olaraq qaldığını bəyan edib. “Azərbaycan XİN ilə mükəmməl əməkdaşlıqdan zövq alırıq”, – deyə qeyd edilmiş […]