Xaçmazda şəhid Qürbət Tarverdiyevin xatirəsinə abidə-bulaq kompleksi istifadəyə verilib (FOTO)

Xaçmazın Nərəcan kəndində Vətən müharibəsi şəhidi Qürbət Tarverdiyevin xatirəsini əbədiləşdirmək məqsədilə şəhadətinin ildönümündə abidə-bulaq kompleksi istifadəyə verilib. Trend xəbər verir ki, bu məqsədlə keçirilən mərasimdə Xaçmaz rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, şəhidin döyüş yoldaşları və kənd sakinləri iştirak edib. Çıxışlarda Vətən müharibəsində qazanılan parlaq qələbədən, bu qələbədə pay sahibi olan […]

Türkiyənin yeni hərbi attaşesi Zakir Həsənovla görüşüb

Oktyabrın 8-də Türkiyənin Azərbaycana yeni təyin edilən hərbi attaşesi general-mayor Zəkəriyyə Yalçın Müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir yeni təyin olunan hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edib, ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində fəaliyyətində ona uğurlar arzulayıb. Ölkəmizdə hərbi attaşe kimi […]

SON DƏQİQƏ! Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı

Salyanda şöbə müdiri öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub. “Report”un Aran bürosunun məlumatına görə, Salyan Rayon Təhsil Şöbəsinin müdiri, 1956-cı il təvəllüdlü Piriyev Xudaverdi Əliyusif oğlu öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib. Həmin vəzifəyə 1973-cü il təvəllüdlü Dadaşova Razıgül Müseyib qızı təyin olunub. R. Dadaşova isə bundan öncə […]

Prezident İlham Əliyev Cəbrayılda akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimində iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına məktəbdə yaradılacaq şərait barədə məlumat verildi. Bildirildi ki, 960 şagirdin təhsil alacağı yeni məktəb binasında hər cür inventarla təchiz olunmuş sinif otaqları, fənn kabinetləri fəaliyyət […]

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona telefonla zəng edib. Dövlətimizin başçısı Emoməli Rəhmonu ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və ölkənin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb. Tacikistan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Dövlət başçıları Azərbaycanla Tacikistan arasında ikitərəfli münasibətlərin […]

Prezident İlham Əliyev Tərtər və Bərdə rayonlarında səfərdə olub – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər və Bərdə rayonlarında səfərdə olub. Dövlət başçısı Tərtər şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. İlham Əliyev Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib. Prezident İlham Əliyev Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub. Dövlət başçısı […]

İlham Əliyev Tərtərin Talış kəndində və Suqovuşanda Azərbaycan bayrağını ucaldıb

İlham Əliyev Tərtərin Talış kəndində və Suqovuşanda Azərbaycan bayrağını ucaldıbİlham Əliyev Tərtərin Talış kəndində və Suqovuşanda Azərbaycan bayrağını ucaldıbAzərbaycan Prezidenti İlham Əliyev Tərtər rayonunun Talış kəndində və Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb. “Report” xəbər verir ki, Azərbaycan Prezidenti Talış kəndində ermənilər tərəfindən dağıdılmış alban-udi və pravoslav kilsələrində olub.Prezident İlham Əliyev […]

Suqovuşanın erməni işğalından azad edilməsindən 1 il ötür

Tərtər rayonunun Suqovuşan kəndinin işğaldan azad edilməsinin ildönümüdür. Sentyabrın 27-də Azərbaycan Ordusunun mövqelərinin və yaşayış məntəqələrinin Ermənistan Silahlı Qüvvələri tərəfindən iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmasına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb. Azərbaycan Silahlı Qüvvələrinin cənub-şərq və şimal-şərq cəbhəsi boyunca ilk həmləsi ilə […]

Şəkidə şadlıq sarayında pandemiya tələbləri pozulub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən Şəki rayonu, Oxud kəndində fəaliyyət göstərən “Oxud” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub. Bu barədə Trend-ə AQTA-dan bildirilib. Məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu […]

Milli Məclis Türkiyə ilə Azərbaycan arasında xüsusi təyinatlılarla bağlı sənədi təsdiq etdi

Milli Məclisdə “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanunun layihəsi bu gün müzakirəyə çıxarılıb. Trend-in məlumatına görə, 2021-ci il iyulun 2-də Bakı şəhərində imzalanmış Memorandum Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təlimləri zamanı onların ölkəyə […]