Prezident: Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq

Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza, şəhərlərimizə qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq, 65 məscidin dağıdılmasını yaddan çıxarmayacağıq. Bu sözləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında deyib. Onların məscidlərdə donuz və digər heyvanlar saxladıqlarını vurğulayan dövlət başçısı bunu heç zaman yaddan çıxarmayacağımızı […]

Azərbaycan nefti 82.6 dollara ticarət olunur

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.01 dollar azalaraq 82.60 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 82.61 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti […]

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 4. 8 Noyabr prospekti, Süleyman Əhmədov […]

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olub

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının Ağdərə şəhərində keçirilən iclasının iştirakçıları iyunun 17-də Xocalı rayonu ərazisində “Agro-Lid” MMC tərəfindən salınmış intensiv meyvə bağları ilə tanışlıq olublar.İclas iştirakçılarına MMC-nin Xocalı rayonu ərazisindəki fəaliyyətləri haqqında məlumat verilib

Oman Sultanı Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilir: “Zati-aliləri. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan böyük məmnunluq duyuram. Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi, sülh və firavanlıq arzulayıram”.

I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır

Bu gündən dövlət ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi çərçivəsində bir sıra mərhələlərə start verilir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) verilən məlumata görə, 17 iyun saat 11:00-dan 25 iyun saat 18:00-dək rus bölməsi üzrə prioritet hüququ olan uşaqlar üçün prioritet əsasında məktəb seçimi, prioritet hüququ olmayan […]

Əli Əsədov: Birgə investisiya fondları əməkdaşlığın inkişafı üçün səmərəli alətdir

Azərbaycanda dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsi planauyğun şəkildə inkişaf edir. Bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda çıxış edərkən bildirib. Onun sözlərinə görə, dünya iqtisadiyyatının transformasiyası şəraitində beynəlxalq investisiya əməkdaşlığının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir: “Bu kontekstdə strateji əhəmiyyətli layihələrin həyata keçirilməsi üçün […]

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,94 ABŞ dolları və ya 4,55 % azalaraq 82,61 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 80,9 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

Ağstafa su kanalında kişi batıb

Ağstafa su kanalının Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisindən keçən hissəsində kişi batıb. Kanalın “Məhsul” arena yaxınlığından keçən hissəsindən Dəmirov Sərxan Qüdrət oğlunun meyiti aşkar edilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.