İşəgötürənlərin uyğun kadr tapmaqda ən çox çətinlik çəkdiyi sahələr məlum olub. Bu barədə Dövlət Məşğulluq Agentliyinin “Əmək bazarı” bülleteninin 5-ci buraxılışında qeyd edilib. Belə ki, çətinlik çəkilən əsas sahələr sırasında satış və marketinq (16,7%), texniki ixtisaslar (15,8%) və mühasibatlıq və maliyyə (15,3%) yer alır. Bundan əlavə, tikinti və fiziki işlər […]
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi auditor seçir
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi 2025-ci il üzrə audit rəyinin verilməsi və məsləhət xidməti üçün kotirovka sorğusu elan edib. Kotirovkada iştirak haqqı 11,3 manatdır. İddiaçılar təkliflərini fevralın 18-nə qədər Mərkəzin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 117C ünvanına təqdim edə bilərlər. Təkliflərə fevralın 18-də, saat 12:00-da qeyd […]
Mətbuat Şurası sosial media istifadəçilərinə çağırış edib
Son dövrlər sosial şəbəkələrdə, xüsusilə “TikTok” və “YouTube” platformalarında canlı yayımlar və paylaşımlar zamanı açıq söyüşlərə, təhqirlərə, əxlaqsız davranışlara və nifrət nitqinə geniş şəkildə rast gəlinir. Bu barədə Mətbuat Şurası məlumat yayıb. Qeyd edilib ki, bu cür hallar cəmiyyətdə aqressiyanın artmasına, eyni zamanda, milli-mənəvi dəyərlərə ciddi zərər vurur. Məlumatda vurğulanıb […]
Növbəti üç gündə intensiv yağış və qar yağacaq – XƏBƏRDARLIQ
Fevralın 4-dən 7-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, 4-də ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Qeyd olunub ki, sabah gün ərzində və fevralın 5-i gecə bəzi yerlərdə yağışın sulu qara, qara keçəcəyi ehtimal olunur. Azərbaycanın rayonlarında fevralın 3-ü axşamdan 5-i gündüzədək […]
FHN qeyri-sabit havaya görə əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən fevralın 5-dək ölkə ərazisində kəskin hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağıntılar, o cümlədən qar yağacağı, temperaturun xeyli […]
Parisə 8 cüdoçumuz gedəcək
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 7–8 fevral tarixlərində Fransanın paytaxtı Parisdə Böyük Dəbilqə turniri keçiriləcək. Azərbaycan nüfuzlu yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Slavko Tekiçin başçılığı altında 5 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq. İki gün davam edəcək turnirdə 82 ölkədən […]
Yağış yağır, külək əsir
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ölkə ərazisinin bəzi rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur. Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 4, Şahbuz və Sədərəkdə 3, Kişçayda (Şəki) 2, Naxçıvan, Şərurda, Gədəbəy, Şəmkir, Balakən, Zaqatala, Şahdağ və Oğuzda 1 mm-dir. Hazırda bəzi yerlərdə qərb […]
KİV: Ukrayna Avropa və ABŞ-la çoxsəviyyəli atəşkəsə nəzarət planı üzrə razılığa gəlib
Gələcək atəşkəs sazişinin Rusiya tərəfindən davamlı şəkildə pozulması Avropa və ABŞ tərəfindən koordinasiyalı hərbi cavab tədbirlərini işə salacaq. Bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, plan dekabr və yanvar aylarında Ukrayna, Avropa və ABŞ rəsmiləri arasında bir neçə dəfə müzakirə olunub, Rusiyanın razılaşdırılmış atəşkəsi pozması halında […]
Elm və təhsil sahəsində Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığı müzakirə olundu – Fotolar
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının təhsil naziri Yusif bin Abdullah əl-Binyanın dəvəti əsasında Səudiyyə Ərəbistanı Krallığına səfər edib. Səfər çərçivəsində Emin Əmrullayev Yusif bin Abdullah əl-Binyanla görüşüb. Görüş zamanı iki ölkə arasında ali təhsil və peşə təhsili sahələrində cari əməkdaşlıq və yaxın […]
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak etmiş Azərbaycan vətəndaşları məsuliyyətə cəlb olunub.Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində ölkə hüdudlarından kənarda hərbi münaqişələrdə iştirak edən Azərbaycan vətəndaşlarının müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunmaları istiqamətində […]