Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası fevralın 10-da keçiriləcək. İclasın gündəliyinə 12 məsələ daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın […]

Əraqçi: Diplomatik prosesə hüquqlarımızı qətiyyətlə müdafiə edərək daxil oluruq

İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, Tehran diplomatik prosesə ötən ilin təcrübəsini nəzərə alaraq və öz hüquqlarını qətiyyətlə müdafiə edərək daxil olur. O, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “İran diplomatiyaya açıq gözlə və ötən ilin hadisələrini aydın şəkildə xatırlayaraq daxil olur. Biz vicdanla hərəkət […]

Azərbaycan nefti cüzi ucuzlaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,03 ABŞ dolları azalaraq 69,77 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,80 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin […]

ABŞ vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

ABŞ İran ərazisində olan vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırıb. ABŞ-ın İrandakı səfirliyinin mətbuat xidməti vətəndaşlara mümkün olduqda quru yolu ilə Ermənistan və ya Türkiyə istiqamətində çıxışı nəzərdən keçirməyi tövsiyə edib. “Səfəriniz üçün ABŞ hökumətinin köməyindən asılı olmayan çıxış planı hazırlayın”, – deyə səfirliyin açıqlamasında bildirilir. Bundan əlavə, diplomatik nümayəndəlik […]

Samir Şərifov: “Zəngəzur dəhlizi ilə 2040-cı ilə qədər 865 min TEU yük ötürülə bilər”

Zəngəzur dəhlizi Avropa ilə Mərkəzi Asiya arasında etibarlı quru əlaqəsi yaratmaqla yanaşı, 2040-cı ilə qədər 865 min TEU həcmində yük axınını təmin etmək potensialına malikdir. Bunu Baş nazirin müavini Samir Şərifov Dubayda (BƏƏ) keçirilən Dünya Hökumətlər Sammiti çərçivəsində təşkil olunmuş “Yeni İpək Yolu” Forumunda bildirib. O, nitqində Azərbaycanın Şərq-Qərb və […]

“Zayed İnsan Qardaşlığı Mükafatı” – İlham Əliyevin reallaşdırdığı sülhə beynəlxalq dəstək – ŞƏRH

Prezident İlham Əliyevə fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub.“Zayed İnsan Qardaşlığı Mükafatı” (“Zayed Award for Human Fraternity”) 2019-cu il fevralın 4-də – Roma Papası Fransisklə Əl-Əzhərin Böyük İmamı Əhməd əl-Tayyib Əbu-Dabidə sülh və birgəyaşayışa dair tarixi sənədi imzalayanadan sonra təsis edilib. […]

Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə sarsılmaz qardaşlığı çətin məqamda real mahiyyətini nümayiş etdirib

Bu fəlakət Türkiyə üçün ciddi humanitar sınaq oldu. Bir gecədə minlərlə insan həyatını itirdi, bir çox şəhər və yaşayış məntəqələri dağıntıya məruz qaldı. Həmin günlərdə Azərbaycan xalqı baş verənləri dərin ağrı hissi ilə izləyərək qardaş Türkiyənin kədərini öz kədəri kimi qəbul etdi, onun dərdinə şərik çıxdı. Bu sözlər Azərbaycan Prezidenti […]

Prezident İlham Əliyev Ərdoğana məktub ünvanlayıb

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. Türkiyədəki zəlzələnin üçüncü ildönümü ilə bağlı məktubda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Qardaş Türkiyə Respublikasını dərindən sarsıdan zəlzələdən üç il ötür. Dəhşətli faciə nəticəsində həlak olmuş insanların əziz xatirəsini böyük ehtiram və hörmətlə yad edirəm. Bu fəlakət Türkiyə […]

Məhkəmə “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri barədə qərar qəbul edib

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt Apellyasiya Məhkəməsində şikayətə baxılıb və qərar qəbul edilib. Qərara əsasən, şikayət təmin edilməyib. Qeyd edək ki, “Qurtuluş” Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş […]