Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Son illər geosiyasi risklərin artması, enerji bazarlarındakı dəyişkənlik və maliyyə sistemində qeyri-müəyyənliyin dərinləşməsi dünyanın aparıcı suveren fondlarını investisiya strategiyalarına yenidən baxmağa məcbur edib. Ənənəvi istiqraz və səhm portfelləri artıq təkbaşına uzunmüddətli dayanıqlılıq təmin etmir. Buna görə də qlobal investorlar infrastruktur, enerji, daşınmaz əmlak və digər real aktivlərə üstünlük verməyə başlayıblar.Azərbaycan […]

Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, xidmətin Ağdaş rayon şöbəsinin rəisi Abbasov Nurlan Səxavət oğlu, həmin şöbənin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi Usubəliyev Şahlar Usubalı oğlu […]

Həftəsonu güclü külək əsəcək – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti avqustun 8-9-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Xəbərdarlıqda deyilir: “Naxçıvan MR, Cəbrayıl, Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir, Cəlilabad, Biləsuvar, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Qusarda sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək”.

Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb – TƏBİB açıqladı

Bakıda obyektdə baş verən yanğın zamanı 6 nəfər tüstüdən zəhərlənib. Bu barədə TƏBİB-dən məlumat verilib. Qeyd olunub ki, bu gün saat 11:35 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb. Çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 kişi Kliniki […]

Azərbaycan Kot-d’İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XIN) Kot-d’İvuar hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. Müvafiq təbrik Azərbaycan XIN-in “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşılıb. “Müstəqillik Günü münasibətilə Kot-d’İvuar Respublikasının hökumətinə və xalqına ən səmimi təbriklərimizi çatdırırıq. Müstəqillik Gününüz mübarək!”, – Azərbaycan XİN-in paylaşımında qeyd olunub.

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

İrfan Şakir oğlu Davudov Azərbaycanın Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Qeyd edək ki, İrfan Davudov 2021-ci il iyulun 23-də Azərbaycanın Malayziyada səfiri təyin olunub. Prezidentin digər sərəncamı ilə həmin vəzifəyə Xəzər Nadir oğlu Fərhadov təyin edilib.

Tramp: İran razılaşma əldə etmək istəyir

ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla razılaşma əldə etmək istədiyini bildirib. Tramp bugünkü müsahibəsində bu məsələyə toxunub. Onun sözlərinə görə, Tehran yeni zərbələrə məruz qalmaq istəmir. “Onlar razılaşma əldə etmək istəyirlər. Baxın, aydındır ki, zərbə almaq istəmirlər. Onlar razılaşma istəyirlər. Görək necə olacaq”, – ABŞ Prezidenti vurğulayıb. Qeyd edək ki, […]

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) qlobal infrastruktur investisiyaları üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “I Squared Capital” (“I Squared”) ilə tərəfdaşlıq çərçivəsində Perunun ən böyük müstəqil elektrik enerjisi istehsalçısı olan “Inkia Energy” şirkətinə investisiya edib. Bu barədə ARDNF-dən məlumat verilib. 2026-cı ilin fevral ayında Kanadanın pensiya fondu olan “Canada […]

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Zərdab rayonunun Hüseynxanlı kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Araşdırmalarla yanğının kənd sakini Ə.Quliyev tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb. Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) hazırda müxtəlif işəgötürənlər tərəfindən təqdim olunan 65 mindən çox aktiv vakansiya mövcuddur. Bu barədə ƏƏSMN məlumat yayıb. Qeyd olunan vakansiyalar üzrə ən yüksək əməkhaqqı 10 000 manat, ən aşağı əməkhaqqı isə 400 manat təşkil edir. “İşsiz və ya […]