Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək

DogruSozTv Az

Baş prokuror Kamran Əliyev cari il avqustun 18-də, saat 10:00-da Quba rayon prokurorluğunun inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinlərinin qəbulunu keçirəcək. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Quba rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək. […]

Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq

DogruSozTv Az

Bu gün Bakının Binə və Nardaran qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binə qəsəbəsinin Ə. İsazadə küçəsinin, Nardaran qəsəbəsinin Abşeron, Ə. Tağıyev, M. İbrahimov küçələrinin qaz təchizatında qısamüddətli fasilə […]

UEFA Çempionlar Liqası: “Sabah” Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

DogruSozTv Az

“Sabah” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün Danimarka təmsilçisi “Orhus”la cavab matçına çıxacaq. Qarşılaşma Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək. Fransalı FIFA referisi Villi Delajonun idarə edəcəyi görüşə saat 20:00-da start veriləcək. Komandalar arasında Danimarkada baş tutan ilk oyunda “Orhus” 2:1 hesablı qələbə qazanıb. Xatırladaq ki, Bakı klubu “Orhus”u […]

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

DogruSozTv Az

Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Tümen vilayətindəki “ZapSibNeftexim” neft-kimya kompleksinə zərbə endirib. Bu barədə “RBK-Ukrayna” məlumat yayıb. Qeyd olunub ki, əməliyyatı “Deep Strike” bölmələri həyata keçirib. Dronlar hədəfə qədər 2 min km-dən çox məsafə qət edib. Kompleksin ərazisində yanğın və dağıntılar qeydə alınıb.

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

DogruSozTv Az

Şahbuzda yol qəzası baş verib, ölən var. Hadisə Şahbuz-Batabat magistralında baş verib. Belə ki, “VAZ 21013” markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşın yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan Şahbuz sakini, 1950-ci il təvəllüdlü Ə. Cəlilova həyatını itirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır

DogruSozTv Az

Avqustun 12-si saat 15:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin müddətsiz müqavilə ilə ümumi vakansiya seçimi mərhələsinə başlanılır. Bu barədə  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Bildirilib ki, namizədlər elektron ərizə formalarında ən çoxu 8 vakant yer seçmək hüququna malikdirlər. Seçilmiş vakant vəzifələrə yerləşdirilmə namizədin […]

Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib

DogruSozTv Az

Bolqarıstanın xarici işlər naziri Velislava Petrova pilotsuz uçuş aparatının (PUA) Bolqarıstanın hava məkanına daxil olması ilə əlaqədar Ukraynanın bu ölkədəki səfirini Xarici İşlər Nazirliyinə (XİN) dəvət edib. Bu barədə Bolqarıstan XİN-in məlumatında deyilir. “İlkin təhlil göstərir ki, bu, böyük ehtimalla Ukrayna silahlı qüvvələrinin istifadə etdiyi “Mayya” yayındırıcı pilotsuz uçuş aparatıdır. […]

“Şahdəniz Kompressiya” layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

DogruSozTv Az

“Şahdəniz” konsorsiumu “Şahdəniz Kompressiya” (ŞDK) layihəsi çərçivəsində avtomatlaşdırılmış əməliyyatlar üçün lazım olan sistemlərin təminatı üzrə iri müqavilə imzalanıb. “Report” “Şahdəniz” konsorsiumunun operatoru “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, müqavilə “Emerson” şirkətinə verilib. Yeni müqavilə ŞDK platformasının məsafədən idarə olunması üçün inteqrasiya olunmuş idarəetmə və təhlükəsizlik sistemlərinin, o cümlədən texnoloji proseslərə […]