2026-2027-ci tədris ili üzrə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak edən kimya müəllimi Könül Əsgərlinin nəticəsi yenidən hesablanaraq artırılıb. AzEdu.az-a açıqlama verən Könül müəllimin yenilənmiş nəticəyə əsasən balı 97.075 olub. Bu göstərici ilə o, Bakı şəhəri üzrə 1-ci, respublika üzrə isə 5-ci yerdə qərarlaşıb. Könül Əsgərli ixtisasca kimya müəllimidir. O, […]
Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,14 ABŞ dolları və ya 5,04 % azalaraq 96,73 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 91,43 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]
Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək
Bu gün Bakı, Göyçay, Mingəçevir və Tərtərin bəzi yerlərində işıq kəsiləcək. Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Abdulla Şaiq, Zülfüqar Adıgözəlov, Cabbar Qaryağdıoğlu, Salatın Əsgərova, Murtuza Muxtarov küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. Planlı […]
Bakının bir sıra yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq […]
Estoniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
[center][img]https://azadmedia.az/uploads/posts/2026-08/1785766080_screenshot_20260803_175835_com_android_chrome_chrometabbedactivity.jpg[/img][/center] Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. Bu barərə Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, görüş zamanı səfir Tiina Nirk etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək, ona Azərbaycandakı […]
Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı aidiyyəti tədbirlərin icrasına başlanılıb
Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılması ilə əlaqədar sözügedən ali təhsil müəssisəsinin tələbələri ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, universitetin təhsil fəaliyyətinin dayandırılması nəzərə alınaraq, 2026/2027-ci tədris ili üzrə Bakı Qızlar Universitetinə ali təhsilin həm bakalavriat, həm də magistratura […]
“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub
“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib. Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub. Ağdam klubu turnirin III təsnifat mərhələsində Ukrayna təmsilçisi “Dinamo”nu (Kiyev) mübarizədən kənarlaşdıracağı təqdirdə, “Tvente” (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. Qeyd edək ki, qitənin üçüncü dərəcəli klub turnirində pley-off mərhələsinin ilk […]
Türkiyəli nümayəndə heyəti sabah Qarabağa səfər edəcəklər
“Sülhün coğrafiyası: Qarabağ – Cənubi Qafqazda quruculuq, sabitlik və regional əməkdaşlıq” proqramı çərçivəsində Azərbaycana səfərə gələn 20 nəfərlik media mənsubları ilə yanaşı nümayəndə heyəti avqustun 4-də Qarabağ və Şərqi Zəngəzura səfər edəcək. Bunu Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri Aygün Attar jurnalistələrə açıqlamasında deyib. Onun sözlərinə görə, […]
Paşinyanın yeni hökumətinin prioritetləri – müxalifət, kilsə və sülh prosesi – ŞƏRH
2026-cı ilin 7 iyun tarixində Ermənistanda keçirilən parlament seçkilərindəki qələbədən sonra Baş nazir Nikol Paşinyan növbəti dəfə mandat əldə edərək, yenidən hökuməti formalaşdırdı. Yeni hökumətin atacağı addımlar təkcə Ermənistanın gələcək inkişafına yox, eyni zamanda Cənubi Qafqazın da gələcəyinə təsir edəcək. Çünki Azərbaycanla sülh prosesi, regional nəqliyyat-kommunikasiya layihələrinə start verilməsi birbaşa […]
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib
Azərbaycan Prezidenti İlham Əliyev Ticarət Gəmiçiliyi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında” qanunlara dəyişiklikləri təsdiqləyib. Dəyişikliklə, Azərbaycanda avtomobil, dəmir yolu, […]