Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə olub

DogruSozTv Az

Müdafiə Nazirliyinin rəhbər heyəti Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi hissələrində xidməti-döyüş fəaliyyətinin təşkili və hərbi qulluqçular üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Nazir döyüş mövqelərində xidmət edən şəxsi heyətlə söhbətlər aparıb, onların qayğıları ilə maraqlanıb. Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin […]

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

DogruSozTv Az

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi avqustun 12–19-da aparılacaq. Abituriyentlər ixtisas seçimi ilə bağlı Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, […]

Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

DogruSozTv Az

Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Endryu Stou ilə görüş keçirib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, […]

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

DogruSozTv Az

Macarıstan parlamenti Ali Məhkəmənin keçmiş sədri Andraş Bakanı ölkənin yeni prezidenti seçib. Macarıstan parlamentinin rəsmi iclasında keçirilən səsvermənin gedişi Baş nazir Peter Maqyarın “YouTube”dakı rəsmi kanalında yayımlanıb. Baka prezident seçkilərində yeganə namizəd olub və parlamentdə lazımi səs çoxluğunu əldə edib. Andraş Baka 2009–2011-ci illərdə Macarıstan Ali Məhkəməsinin sədri vəzifəsində çalışıb

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

DogruSozTv Az

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il itkin düşmüş, 1954-cü il təvəllüdlü Timofeyeva […]

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

DogruSozTv Az

Mədəniyyət Nazirliyinin “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində 2026-cı il üzrə keçirdiyi müsabiqənin seçim mərhələsi başa çatıb. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, proqram üzrə cari il iyunun 2-dən 16-dək audiovizual sənətlər, dizayn, memarlıq, mədəni və yaradıcı sahələr üzrə menecment və digər ixtisas istiqamətlərində […]

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DogruSozTv Az

Bakıda usta işlədiyi evdən 10 min manatlıq qızıl oğurlayıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb. Rayon sakinlərindən biri polisə müraciət edərək evindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum […]

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

DogruSozTv Az

Daxili İşlər Nazirliyi vətəndaşlara onlayn alış-verişlə bağlı xəbərdarlıq edib. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, mütəmadi olaraq aparılan maarifləndirmə tədbirlərinə və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, onlayn alış-veriş zamanı vətəndaşların kiberdələduzluqla üzləşməsi halları hələ də müşahidə olunur. Aparılan araşdırmalar və daxil olan müraciətlər göstərir ki, kiberdələduzlar saxta satış səhifələri yaradaraq […]

“Sabah” – “Orhus” oyununun bütün biletləri satılıb

DogruSozTv Az

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Bakıda baş tutacaq “Sabah” – “Orhus” oyununun bütün biletləri satılıb.Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Həmçinin azarkeşlərə stadiona girişdə sıxlığın qarşısını almaq və rahat şəkildə tribunalarına keçmək üçün oyuna ən azı 2 saat əvvəl gəlmələri ilə bağlı müraciət olunub. Qeyd edək ki, […]

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir

DogruSozTv Az

Bu gün və sabah zəif geomaqnit qasırğası (G1) gözlənilir. Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, əgər axınlar eyni vaxtda birləşib çatarsa, qasırğanın G2 səviyyəsinədək yüksəlməsi istisna olunmur. Günəş küləyinin sürətinin 11-12 avqustda gözlənilən Tac Kütlə Atılmaları (TKA) və Tac Dəliyi Axınlarının (TDA) təsiri ilə normadan […]