Türkiyə və Rusiya arasında sülhməramlıların fəaliyyəti ilə bağlı sazişin imzalanması gözlənilir

Türkiyə və Rusiya arasında sülhməramlıların fəaliyyəti ilə bağlı sazişin imzalanması gözlənilir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, noyabrın 10-da Türkiyə və Rusiya arasında sülhməramlıların fəaliyyəti və monitorinqi ilə əlaqədar saziş razılaşmasının imzalanması gözlənilir.

Prezident İlham Əliyev: Bugünkü bəyanatın bəndlərindən biri Rusiya ilə Türkiyənin birgə sülhməramlı missiyasıdır

Bugünkü bəyanatın bəndlərindən biri Rusiya ilə Türkiyənin birgə sülhməramlı missiyasıdır. Doğrusöztv.Az -ın məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 10-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə videokonfrans formatında keçirilən görüşdə deyib. Dövlət başçısı bildirib: “Bu gün üç ölkə rəhbərinin bu sənədi imzalaması bu münaqişənin nizamlanmasında Rusiya Federasiyasının xüsusi roluna dəlalət edir. […]

Prezident İlham Əliyev: Azərbaycan torpaqlarının işğalına son qoyulur

Azərbaycan torpaqlarının işğalına son qoyulur. Doğrusöztv.Az -ın məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 10-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə videokonfrans formatında keçirilən görüşdə deyib. Dövlət başçısı bildirib: “Mən öz tərəfimdən demək istərdim ki, bu gün Ermənistan ilə Azərbaycan arasında çoxillik münaqişənin nizamlanması işinə nöqtə qoyulur, Azərbaycan torpaqlarının işğalına son […]

Prezident İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Azərbaycan Prezidenti Rusiya Hərbi Hava Qüvvələrinin helikopterinin Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan sahəsində vurulması ilə bağlı faciə ilə əlaqədar başsağlığı verib. Prezident İlham Əliyev bu faciəli təsadüfə görə üzrxahlıq edərək bildirib ki, günün qaranlıq vaxtında həmin helikopter […]

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin videokonfrans formatında görüşüblər

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin videokonfrans formatında görüşüblər. Doğrusöztv.Az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin dedi: -Axşamınız xeyir, hörmətli İlham Heydər oğlu. Prezident İlham Əliyev: Axşamınız xeyir, Vladimir Vladimiroviç. Prezident Vladimir Putin: Bu gün biz sizinlə Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin […]

Prezident İlham Əliyev Ağdam, Kəlbəcər və Laçın bölgələrinin geri qaytarılacağını elan etdi

Prezident İlham Əliyev Ağdam, Kəlbəcər və Laçın bölgələrinin geri qaytarılacağını elan edib. Doğrusöztv.Az -ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev xalqa müraciətində bildirib. “Ağdam – 20 noyabr, Kəlbəcər – 15 noyabr, Laçın – 1 dekabr tarixinə qədər Azərbaycana qaytarılır” – deyə Prezident İlham Əliyev qeyd edib.

Ermənistan Prezident İlham Əliyevin şərtlərini qəbul etməyə və təslim olmağa məcbur oldu – ŞƏRH

Ermənistan Baş naziri Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək kapitulyasiyasını elan etmək məcburiyyətində qaldı. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentybarın 27-dən etibarən zəfər yürüşünə başladı. […]

Ermənistan Azərbaycan qarşısında təslim oldu

Ermənistanın kapitulyasıyasını elan edəcəyi sənədin yaxın vaxtda imzalanması gözlənilir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan arasında aparılacaq müzakirələrdən biri də regiona Rusiya və Türkiyə sülhməramlılarının yerləşdirilməsi ilə bağlı olacağı gözlənilir. Müzakirələr nəticəsi olaraq, erməni silahlı qüvvələri Ağdam, Kəlbəcər və Laçın rayonlarının heç bir hərbi əməliyyat olmadan, […]

Müharibə əlillərinə minik avtomobilləri verilib (FOTO)

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ və İkinci Dünya müharibəsi əlillərinə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə 50 minik avtomobili təqdim edilib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov […]

QHT-lər Şuşanın işğaldan azad olunması və Dövlət Bayrağı Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları 8 noyabr – Şuşanın işğaldan azad olunması və 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə təbrik məktubu göndəriblər. Doğrusöztv.Az məktubu təqdim edir. Hörmətli cənab Prezident! Hörmətli Ali Baş Komandan! Bu gün Azərbaycanda fəaliyyət göstərən və siyasi baxışından asılı […]