Bakıdakı bir neçə memarlıq abidələrində icazəsiz tikinti işlərinin qarşısı alınıb

DogruSozTv Az

Baş Prokurorluq tərəfindən Bakıdakı bir neçə memarlıq abidələrində icazəsiz tikinti işlərinin qarşısı alınıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Nəsimi və Xəzər rayonlarında yerləşən dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrində müvafiq razılaşdırma aparılmadan təmir, bərpa, yenidənqurma və digər işlərin görülməsi ilə bağlı Mədəniyyət […]

Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib

DogruSozTv Az

Baş prokuror Kamran Əliyev paytaxtın Yasamal rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Kamran Əliyev sentyabrın 4-də saat 10:00-da Yasamal rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret […]

Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib

DogruSozTv Az

Ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib. Qeydiyyat 28 avqust saat 11:00-dan 8 sentyabr saat 18:00-a qədər davam edəcək. Abituriyentlər qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirəcəklər. Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

DİN: Vətəndaşlar “uduş”, “hədiyyə”, “kampaniya” və digər cəlbedici təkliflərə qarşı diqqətli olmalıdırlar

DogruSozTv Az

Vətəndaşların bank hesablarına çıxış əldə etmək və pul vəsaitlərini mənimsəmək məqsədilə yeni üsullardan və fərqli təkliflərdən istifadə olunur, nəticədə vətəndaşlar maddi zərərə məruz qalırlar. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, saxta internet səhifələri və keçidlər, hədiyyə və uduş vədləri, eləcə də cəlbedici təkliflər vasitəsilə bank kartlarına dair […]

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib

DogruSozTv Az

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib. Ölkə 23.687 əmsalla 25-ci pillədə qərarlaşıb. Ötən gün “Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununun əlavə vaxtında Bakıda “Tvente”yə uduzub – 1:4. Azərbaycanın cari mövsüm qazandığı əmsal isə 5.125-ə bərabərdir. 24-cü yerdəki İsrailin 23.875, 26 mövqedəki Sloveniyanın 22.843 əmsalı var. Xatırladaq ki, hazırda reytinq […]

BİZİM TƏQVİM: 28 avqustda baş vermiş tarixi hadisələr

DogruSozTv Az

1918-ci ilin bu günündə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qərar qəbul edib. Həmin qərara görə, bütün ibtidai tədris müəssisələrində təhsil Azərbaycan dilində aparılırdı. Rus dilində tədris aparılan siniflərdə Azərbaycan dilinə məcburi fənn kimi həftədə 3-4 saat ayrılırdı. O dövrdə respublikada milli müəllim kadrlarına böyük ehtiyac […]

Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub

DogruSozTv Az

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev ilə telefon danışığı aparıb, ikitərəfli və regional məsələləri müzakirə ediblər. Bu barədə Türkiyə Prezident Administrasiyası “X” sosial şəbəkə hesabında məlumat yayıb. Ərdoğan görüş zamanı 23 avqustda Qazaxıstanda keçirilən Qurultay seçkiləri münasibətilə Tokayevə təbriklərini çatdırıb və seçkilərdə iştirak nisbətinin yüksək olmasının aparılan […]

Haaqada “Bosniya qəssabı” Ratko Mladiç ölüb

DogruSozTv Az

Bosniya və Herseqovinada törətdiyi hərbi cinayətlərə görə cəza çəkən Bosniya serblərinin generalı Ratko Mladiç bu gün 84 yaşında ölüb. Bu barədə Serbiya mediası məlumat yayıb. Qeyd olunur ki, o, BMT-nin Haaqadakı istintaq təcridxanasında vəfat edib. Mladiç Bosniya və Herseqovinada müharibə dövründə Serb Respublikası Ordusunun Baş Qərargahının keçmiş generalı və komandanı […]

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

DogruSozTv Az

Xarici İşlər Nazirliyi (XİN) 27 avqust tarixində günorta radələrində Azərbaycanın Rusiya səfirliyinin qonaq evi qarşısında naməlum şəxslər tərəfindən Azərbaycan əleyhinə təxribat xarakterli şəkillərin yerləşdirilməsini qətiyyətlə pisləyib. Bu barədə Azərbaycan XİN-in məlumatında qeyd edilib. Bildirilib ki, bu qəbuledilməz təxribatın Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət etməklə yanaşı, son dövrlərdə Rusiyanın bir […]

“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb – SƏRƏNCAM

DogruSozTv Az

UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “Sabah” futbol klubuna Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Qeyd edək ki, “Sabah” avqustun 25-də UEFA Çempionlar Liqasının […]