Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında avqustun 26-dan 29-dək fasilələrlə yağış yağacağı gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna […]
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
Laçın şəhərində Azərbaycanın Energetika Nazirliyinin və “Azərenerji” ASC-nin, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və “Elektrik Enerjisi Sisteminin Operatoru” şirkətinin nümayəndələrinin işgüzar görüşü keçirilib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə tərəflər iki ölkə arasında elektrik enerjisinin idxalı və ixracı imkanlarını, eləcə də bu məqsədlə iki ölkənin enerji infrastrukturlarının dövlət […]
Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu
Avqustun 21-də yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan Xalq artisti Şükufə Yusupova Yeni Klinikaya təxliyə olunub. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib. Bildirilib ki, avqustun 21-də Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü Şükufə Yusupova ailə üzvlərinin könüllü müraciəti əsasında avqustun 24-də Yeni Klinikaya […]
Koçaryanla Sarkisyana cinayət işi açıldı – hər ikisi istintaqa aparıldı
Ermənistanda dövlət əmlakının mənimsənilməsi ilə bağlı cinayət işi üzrə ölkənin iki keçmiş prezidenti – Robert Koçaryan və Serj Sarkisyan ittiham olunan şəxslər sırasındadır. Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Məlumata görə, cinayət işi avqustun 24-də başlanıb. İş üzrə ittihamlar yalnız keçmiş prezidentlərlə məhdudlaşmır. İttiham olunan şəxslər arasında Robert Köçəryanın […]
Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək
“Azərbaycan Dəmir Yolları” QSC artan sərnişin tələbatını qarşılamaq üçün 5, 6, 12 və 13 sentyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək. Bu barədə Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. Bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur. Biletləri Bakı və Gəncə Dəmiryol […]
“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq
Bu axşam saat 20:45-də “Sabah”ın UEFA Çempionlar Liqasında “Hapoel”ə (İsrail, Beer-Şeva) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi pley-off oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək. Bu barədə “Bakı Metropoliteni” məlumat yayıb. Məlumata görə, matç penaltilər seriyasına qədər davam edərsə, metropolitenin iş saatı uzadılacaq. Belə ki, stansiyalar gecə saat […]
İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib. Xalq artisti ilə vida mərasimi Təzə Pir məscidində keçirilir. Qeyd edək ki, T.Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib. O, bu gün İkinci Fəxri xiyabanda dəfn olunacaq.
Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib
Rusiya ordusu Ukraynanın Moldova ilə sərhəddə yerləşən keçid məntəqəsinə zərbə endirib. “Ukrainskaya Pravda“nın xəbərinə görə, sərhəd-keçid məntəqəsi dronla hədəfə alınıb. Hadisədən sonra sərhəd-keçid məntəqəsi bağlanıb. İnsan tələfatının olub-olmaması ilə bağlı məlumat verilməyib.
Bakıda İncəsənət Gimnaziyası, 3 məktəb və 3 bağça təmir edilir
Yeni tədris ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, hazırda BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 3 məktəbin (57, 68 və 141 nömrəli) sökülərək yenidən tikintisi, 1 məktəbin (İncəsənət […]
Sabunçunun bəzi ərazilərində qaz olmayacaq
Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək rayonun Şuşa şəhərciyinin, Sosial binaların, S.Xudiyev və Ş. Rustavelli küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.