Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq

Bu gün Bakının Nəsimi rayonunun bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi ilə Bülbül prospektinin kəsişməsində yeraltı orta təzyiqli kəmərdə aşkar olunmuş sızmanın ləğv edilməsi ilə əlaqədar sentyabrın 9-da saat 10:00-dan etibarən […]

KİV: İsrail Prezidenti Londonda Böyük Britaniya rəsmiləri ilə görüşəcək

İsrail Prezidenti İsxak Hersoq bu həftə Londona səfər edəcək və Böyük Britaniya hökumətinin yüksək vəzifəli nümayəndələrindən biri ilə görüş keçirəcək. Bu barədə diplomatik mənbə bildirib. Onun sözlərinə görə, Hersoqu Britaniyanın Baş naziri Kir Starmer, həmçinin xarici işlər naziri İvett Kuper qəbul edə bilər. Lakin nə Britaniya tərəfi, nə də İsrail […]

Əməyin mühafizəsi üzrə daha 18 milli standart hazırlanaraq təsdiq edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində” standartlaşdırma (AZSTAND/TK21) üzrə Texniki Komitənin fəaliyyət planına əsasən əməyin mühafizəsi üzrə daha 18 milli standart hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiq edilib. Sözügedən standartlar fərdi mühafizə vasitələrinin təhlükəsizlik və texniki […]

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti uzadılıb

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin (əsas yerləşdirmədən sonra) portal.edu.az saytında qeydiyyat müddəti uzadılıb. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, abituriyentlər 10 sentyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” […]

Prezident Təşkilat Komitəsi yaratdı – Samir Şərifov sədr oldu

İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.  Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, 2026-cı il iyunun 16–19-da IsDB Qrupunun gələn il üzrə İllik Toplantılarının Bakıda keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb: Təşkilat Komitəsinin sədri […]

Santuş Azərbaycana təşəkkür etdi

Daha əvvəl xəbər verdiyimiz kimi, AFFA Fernandu Santuşla müqaviləyə xitam verib. Portuqaliyalı mütəxəssis yerli mətbuata verdiyi açıqlamada həm AFFA rəhbərliyinə, həm də Azərbaycan xalqına təşəkkür edib: “AFFA Prezidentinə mənə göstərdiyi hörmət və şəxsi diqqət üçün təşəkkürümü bildirirəm. Azərbaycan xalqına da bu müddətdə göstərdikləri qonaqpərvərliyə və qayğıya görə minnətdaram. Azərbaycan Futbol […]

Ronen Kraus: İsrail terrorla mübarizəni davam etdirəcək

İsrail terror və ona zərər vurmağa çalışan hər kəsə qarşı mübarizəsini davam etdirəcək. Bunu İsrailin Azərbaycandakı səfiri Ronen Kraus bu gün Qüdsdə baş verən atışma hadisəsini şərh edərkən bildirib. “Beş günahsız vətəndaş həlak oldu, çoxlu yaralı var. Yaralılara tez bir zamanda sağalmalarını arzulayırıq. İsrail terrora və ölkəyə zərər vurmağa çalışanlara […]

İzmirdə polis idarəsinə silahlı hücum edərək iki polisi qətlə yetirən şəxs ölüb – YENİLƏNİB

Türkiyənin İzmir şəhərində polis idarəsinə silahlı hücum edən və yaralı olaraq ələ keçirilən şəxs xəstəxanada ölüb.  Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.  *** Türkiyənin İzmir şəhərində polis idarəsinə silahlı hücum nəticəsində ikisi polis olmaqla yaralananların sayı 6-ya çatıb. Bu barədə NTV məlumat yayıb. Hadisə nəticəsində 2 polis əməkdaşı həlak olub. […]

Azərbaycan dövlət başçısı Şimali Makedoniya Prezidentinə məktub ünvanlayıb

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovaya təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli xanım Prezident, Şimali Makedoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Hazırda Azərbaycan-Şimali Makedoniya münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur. Sağlam […]

Azərbaycan səfiri İranın mədəniyyət və islami irşad naziri ilə görüşüb

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi ilə görüşüb. Bu barədə səfirliyin sosial media hesabında paylaşım edilib. Görüşdə hər iki ölkənin xalqlarının ortaq tarixi, mənəvi və mədəni bağlılığının əlaqələrin möhkəmləməsinə verdiyi töhfə vurğulanaraq mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın önəmi qeyd […]