Aprelin 17-də, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zəngilan rayonunun Ağalı kəndində bu rayondan, eyni zamanda Qubadlı və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbulda iştirak etmək istəyənlər Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-337-26-22/050-216-43-43) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək […]
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Ağdərə rayonu ərazisindəki təlim mərkəzində 13-17 aprel tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda qeyd olunub.
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Babək prospekti, mərkəz istiqamətində; 2. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər); 3. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində; 4. 1-ci Göl kənarı […]
Media: ABŞ hərbi gəmiləri Tehranla razılaşdırmadan Hörmüzü keçib
ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir neçə gəmisi İranla razılaşdırmadan Hörmüz boğazını keçib. Bu barədə mənbələrə istinadən “Axios” məlumat yayıb. Qeyd olunub ki, bu, ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı başlayandan bəri ilk belə haldır. Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın […]
Məhəmməd Rza Aref İranla ABŞ-nin anlaşması üçün Tehranın şərtlərini açıqlayıb
Əgər Vaşinqton “Öncə İsrail” prinsipini rəhbər tutarsa, İran ABŞ ilə razılığa gələ bilməyəcək. Bu barədə İranın vitse-prezidenti Məhəmməd Rza Aref “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Əgər biz İslamabadda “Öncə Amerika” (“America first”, Donald Tramp komandasının siyasi şüarı – red.) nümayəndələri ilə danışıqlar aparsaq, ehtimal ki, hər iki tərəf və […]
Bazar gününün havası açıqlanıb
Bakıda və Abşeron yarımadasında aprelin 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu […]
Tərtərdə iki nəfər dönərdən zəhərlənib
Tərtərdə iki nəfər dönərdən zəhərlənib. Tərtər şəhər sakinləri – 1999-cu il təvəllüdlü Şəfaqət İslam qızı Paşayeva və 1983-cü il təvəllüdlü Nuranə Ədalət qızı şəhərin ərazisindən qidadan (dönər) zəhərlənmə ilə xəstəxanaya gətirilib. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilib. Tərtər Rayon Prokurorluğu tərəfindən araşırma aparılır.
Qəzalarda ölən hər 3 nəfərdən 1-i təhlükəsizlik kəmərini bağlamayıb
2026-cı ilin ilk 3 ayı ərzində yol qəzalarında həlak olan sürücü və sərnişinlərin 33,6 faizi, yaralananların isə 29,1 faizi təhlükəsizlik kəmərini bağlamayan şəxslər olub. Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıbƏtraflı. Bildirilib ki, qanunvericiliyin tələbinə əsasən, bir neçə hal istisna olmaqla sürücü və sərnişinlər avtomobildə təhülkəsizlik kəmərini […]
Xəzərdə zəlzələ olub
Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Yerli vaxtla saat 07:47-də qeydə alınan zəlzələnin maqnitudası 3,3 olub. Zəlzələnin ocağı 32 kilometr dərinlikdə yerləşib.
Günün qoroskopu: bu gün sadəcə hadisələr deyil, mənalar doğulur
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik Bu günün səması yenə də sizin ruhunuza toxunan incə, lakin güclü titrəyişlərlə doludur. Sanki kainat öz dərin sirlərini təkcə baxan gözlərə deyil, hiss edən ürəklərə açır. Bu gün siz hadisələri sadəcə yaşamayacaqsınız, onları duyacaqsınız, […]