Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo”nun xəbərinə görə hadisə Bakı-Qazax magistral yolunun rayonun Hacıməlik qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1978-ci il təvəllüdlü Qasımov Qubat idarə etdiyi “Khazar” markalı minik maşını ilə hərəkətdə olan zaman avtomobilin təkərinin partlaması nəticəsində idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı […]
Azərbaycanda telefon işığında futbol matçı – Fotolar
Futbol üzrə Zərdab çempionatında maraqlı anlar yaşanıb.Yarışın final matçı penaltilərə qədər uzanıb. Stadionda işıqlandırma olmadığı üçün, Gəndəbil – Gödəkqobu matçının penaltilər seriyası telefon işıqları altında baş tutub. Həmin anın fotolarını təqdim edirik.
Ölmüş heyvanlarla danışan qadın külli miqdarda pul qazanır
ABŞ-da 33 yaşlı yerli sakin heyvanlarla, o cümlədən də ölmuş canlılarla ünsiyyət qurmaq üçün yüksək maaşlı işini tərk edib. Qadın hüquqşünas işləyib və təxminən ayda 75 min dollar alıb. Xanımın sözlərinə görə, bir gün o, həm canlı, həm də ölmüş heyvanlarla ünsiyyət qura biləcəyini anlayıb. İndi o, öz məşğuliyyətilə dolanır, […]
Prezident tapşırıq verdi – Qanunsuz parkinq ləğv olundu
Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı müvafiq araşdırmalara başlanılıb. Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb. Qeyd olunub ki, sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin […]
Ebru Gündeşin iraqlı sevgilisi ilə fotosu yayıldı
Türkiyəli məşhur müğənni Ebru Gündeş İraqdan olan iş adamı Rassan Xoşnəv ilə eşq yaşadığını təsdiqləyib. Münasibətlərini hamıdan uzaq tutan müğənninin sevgilisi Rassan Xoşnəvlə fotosu sosial şəbəkədə yayılıb. Cütlüyün fotosu sosial mediada ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Qeyd edək ki, Ebru Gündeş əslən cənubi azərbaycanlı olan iş adamı Rza […]
“Zəngəzur dəhlizi Ermənistan üçün də önəmlidir” – Ceyhun Bayramov
Ermənistan Zəngəzur dəhlizinin reallaşmasını müxtəlif bəhanələrlə uzatmağa davam edir.Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu”ya müsahibəsində bildirib.XİN rəhbəri bölgədə kommunikasiya baxımından ən məhdud imkanlara sahib ölkənin Ermənistan olduğunu, buna görə də Zəngəzur dəhlizinin reallaşmasının digər bölgə ölkələri qədər Ermənistan üçün də önəmli olduğunu vurğulayıb.
Prezident yol tikintisinə pul ayırdı – SƏRƏNCAM
Prezident İlham Əliyev Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün […]
Bu həftə Bakı, Sumqayıt, Abşeronda pensiyalar ödəniləcək
İyunun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub. Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək
Beynəlxalq Mətbuat Mərkəzi bağlanır
“Beynəlxalq Mətbuat Mərkəzi” MMC ləğv olunur. Dogrusoztv.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini 1054 Bakı şəhəri, Xətai̇ rayonu, 9-cu Əhmədli küçəsi, ev 47A ünvanına bildirə bilərlər.
Bu yollarda sıxlıq var – SİYAHI (YENİLƏNİB)
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb. Mərkəzdən bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir: 1. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı da daxil olmaqla, Novruzov qardaşları küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi […]