“Tələbələrlə bağlı hələ ki, yeni məlumat yoxdur. Bir az əvvəl Samirin qardaşı ilə danışırdım, dedi, məlumat yoxdur, çalışırlar. Məsələ belədir ki, orada bina yerə batıb, torpaqdır, tunel qazırlar, o tunel də çökür, gedib çata bilmirlər. O da xilasedicilər üçün təhlükəlidir. İndi müəyyən aparatlar uşaqların qaldığı yer müəyyənləşdirilir, sadəcə hələ ora […]
Qənirə Paşayeva türk dünyası qadınlarına çağırış edib – VİDEO
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Türkiyənin Qazi Universitenin Türk Dünyası Uyğulama ve Araşdırma Mərkəzi tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə düzənlənən “Türk Dünyasında Alp Qadın” mövzulu Beynəlxalq simpoziumun açılış mərasimində çıxış edib. Açılışa onlayn rejimdə qatılan Qənirə Paşayeva, qardaş ölkənin nüfuzlu universitetlərindən olan Qazi Universitetinin […]
Baş nazir narkotiklərin məhv edilməsi qaydasını təsdiqlədi
“Cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi Qaydası” təsdiqlənib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar […]
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar yeni artımlarla ödənildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçirilib. Bu barədə Fonddan məlumat verilib. Pensiyaların minimum məbləği fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb. Həmçinin bütün növ pensiyaların 1 yanvar 2023-cü il tarixindən 14,7% […]
Xilasedicilərimiz Türkiyədə axtarış-xilasetmə əməliyyatlarını davam etdirir – VİDEO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata […]
Bu rayonlarda suyun verilməsində məhudiyyətlər olacaq
Bu gün Hacıqabul rayonunun Qızılburun və Atbulaq, Bakının Qaradağ rayonunun Ələt, Qobustan qəsəbələrinə, Səngəçal qəsəbəsinin bir hissəsinə və ətraf ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə “Azərsu” ASC məlumat yayıb. Bildirilir ki, məhdudiyyətlər 1-ci Kür-Bakı magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədardır.
DSX-nin kursantı yol qəzasında ÖLDÜ – YENİLƏNİB
Ötən gün saat 19:20 radələrində Ramiz Qəribov idarə etdiyi “QAZ-3102” markalı avtomobillə Qəbələ rayonunun Uludaş kəndində hərəkətdə olarkən piyada, 2003 – cü il təvəllüdlü Laçın Mahmudovu vurub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilir ki, hadisə nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla […]
Laçın-Xankəndi yolundakı aksiyanın 65-ci GÜNÜ
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası altımış beş gündür davam edir. Dogrusoztv.az xəbər verir ki, havanın soyuq və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da […]
“Məni özəl xəstəxanaya aparmayın, pulum yoxdur” – Video
Hatayın Antakya rayonunda zəlzələ nəticəsində dağılan binanın altından 138 saat sonra çıxarılan Emine Doğulunun sözləri diqqət çəkib. Dogrusoztv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı qadının təcili yardım xidmətinin işçiləri ilə söhbəti hər kəsin marağına səbəb olub. Belə ki, o, təcili və təxirəsalınmaz tibbi yardım avtomobilində olarkən “Qurban olum, […]
FHN-in xilasediciləri daha 3 nəfərin cəsədini çıxardı
FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ(onlardan 17 nəfəri uşaqdır), 618 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Dogrusoztv.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.