Cümşüdün ölümü ilə bağlı cinayət işi BAŞLADI

İyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Qeyd olunub ki, aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində […]

Sabahdan Azərbaycanda bu müavinətlərin məbləği artırılır – SİYAHI

Xəbər verdiyimiz kimi, Azərbaycanda sosial müavinətlər artırılıb. Bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında edilən dəyişiklikdə əksini tapıb. Fərmana əsasən, iyulun 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən […]

Mərakeşli deputatlar Zəfər parkında – FOTO

Azərbaycanda rəsmi səfərdə olan Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Savadsızlığın aradan qaldırılması proqramlarının qiymətləndirilməsi üzrə tematik parlament qrupundan ibarət nümayəndə heyəti iyunun 30-da Bakıdakı Zəfər parkını ziyarət edib. Qonaqlar parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüblər. Sonra qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin […]

Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Azərbaycana gətiriləcək

Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi bu gün Azərbaycana gətiriləcək. Bu barədə “Report”a onların qardaşı Seyfəddin Hüseynli məlumat verib. Onun sözlərinə görə, təyyarənin bu gün saat 19:30-da Bakıya çatması gözlənilir. Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. […]

Yuri Qusev: Ukrayna Yekaterinburqda azərbaycanlılara qarşı repressiv hərəkətləri qətiyyətlə pisləyir

Ukrayna Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı repressiv hərəkətləri qətiyyətlə pisləyir.Bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bildirib. “Rusiya hakimiyyətinin Yekaterinburqda azərbaycanlılara hücumu sadəcə bir insident deyil, cəzasızlıq və insan həyatına nifrətlə qidalanan sistemli zorakılığın təzahürüdür. İllərdir beynəlxalq hüququ pozan, Ukraynaya qarşı işğalçı müharibə başladan, öz vətəndaşlarını siyasi əqidələrinə görə təqib edən […]

Hacıqabulda avtomobil aşıb, ölən və xəsarət alan var

Hacıqabulda avtomobil aşıb. “Report”un xəbərinə görə, 1991-ci il təvəllüdlü Mənəfov Şahid Müşfiq oğlu idarə etdiyi “Opel Astra” minik markalı avtomobilli Padar Qışlaq kəndi ərazisində aşırdıb. Nəticədə sürücü Şahid Mənəfov hadisə yerində ölüb, avtomobildə olan sərnişin 1999-cu il təvəllüdlü Xəlilli Xəyal Valeh oğlu bədən xəsarətləri ilə Ağsu RMX-ya yerləşdirilib. Faktla bağlı […]

Cəbrayıl, Zəngilan və Laçında əmək yarmarkalarında 60 vakansiya təqdim olunub

Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Cəbrayıl, Zəngilan və Laçında növbəti əmək yarmarkaları keçirilib. ƏƏSMN-dən verilən məlumata görə, yarmarkalarda 5 işəgötürən tərəfindən 60 vakansiya təqdim olunub. Vakansiyalar, əsasən, tikişçi, xalçaçı, ofisiant, elektrik, santexnik, operator, təsərrüfatçı peşələri üzrə olub. Tədbirə […]

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Tbilisi prospekti, […]

Şabranda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub – YENİLƏNİB

Şabranda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub. Bakı-Quba avtomobil yolunun Şabran ərazisindən keçən hissəsində “VAZ-Niva”, “KamAz” və“Mercedes Atego” markalı avtomobillərin iştirakı ilə baş verən yol qəzasında Ağakişiyev Əmrulla Mustafa oğlu, Cəbrayılov Elnur Natiq oğlu və Ağayev Samir Müşviq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla […]

Bakıda kanalizasiyaya düşən gəncin meyiti tapılıb

Bakının Binəqədi rayonu, “Baksol yolu” adlanan ərazidə kanalizasiyaya düşən gəncin meyiti tapılıb. “Report”un əldə etdiyi məlumata görə, onun meyiti Hövsan qəsəbəsinin ərazisində aşkar olunub. Qeyd edək ki, hadisə iyunun 26-da baş verib, 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o, kanalizasiya kollektoruna düşüb.