Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının Baş naziri İnqa Ruqiniene ilə görüşüb. Bu barədə İnqa Ruqiniene “X”-də paylaşım edib. “Litva və Azərbaycan müstəqilliyin bərpası uğrunda mübarizə dövründə xalqlarımızın bir-birinə dəstək göstərməsi ilə yadda qalan həmrəylik tarixini bölüşür. Bu gün tərəfdaşlığımızı bir çox sahələr […]

Dövlət icra məmurlarıyla bağlı müsabiqənin keçirilməsi Qaydası müəyyənləşib

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi Qaydası” təsdiq edilib. Nazirlər Kabineti bu barədə qərar verib. Müsabiqə test imtahanından və söhbət mərhələsindən ibarətdir. Müsabiqəyə qanunla müəyyən edilmiş tələblərə cavab verən ali təhsilli şəxslər buraxılırlar. Prokurorluqda və digər hüquq mühafizə orqanlarında xüsusi […]

Sumqayıtda zəhərlənən qardaş-bacılardan 2-si evə buraxılıb, 3-nün müalicəsi davam edir

Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 2 nəfərin (kişi cinsli) müalicəsi davam etdirilir.Bu barədə TƏBİB-dən məlumat verilib. “Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Yoluxucu xəstəliklər şöbəsində müalicəsi davam etdirilən 2 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb”, – məlumatda bildirilib. Qeyd olunub […]

İsraildə İranla müharibənin əvvəlindən zərərçəkənlərin sayı 7,5 minə yaxınlaşıb

ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyata başlamasından bəri İsraildə zərərçəkənlərin sayı 7451 nəfərə çatıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyinin sosial şəbəkələrdəki məlumatında bildirilir. Onlardan 118 nəfər hazırda xəstəxanalardadır. İki nəfərin vəziyyəti kritik, 13 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti isə orta ağırdır. Xəsarət alanlar arasında mülki şəxslər də […]

Pərviz Şahbazovun Goranboyda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Energetika naziri Pərviz Şahbazovun aprelin 17-də Goranboyda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Qəbul aprelin 24-də saat 11:00-dan başlayaraq Goranboy rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ2200, Goranboy şəhəri, Dədə Qorqud küçəsi, bina 27) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili […]

Avropa Liqasının 1/4 final mərhələsində bu gün daha üç oyun keçiriləcək

UEFA Avropa Liqasının 1/4 final mərhələsində bu gün daha üç oyun keçiriləcək. Almaniyada “Frayburq” İspaniyanın “Selta” klubunu sınağa çəkəcək. Portuqaliyanın “Portu” kollektivi İngiltərə təmsilçisi “Nottinqem Forest”lə qarşılaşacaq. İtaliyada isə “Bolonya” və İngiltərənin “Aston Villa” klubları münasibətlərinə aydınlıq gətirəcəklər. UEFA Avropa Liqası 1/4 final mərhələsi, ilk oyunlar 9 aprel 23:00. “Portu” […]

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti […]

Yevlaxın bir hissəsində qaz kəsiləcək

Sabah Yexlax rayonunun bir hissəsinin təbii qazla təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Tərtər regional Qaz İstismar İdarəsi məlumat yayıb. Məlumata görə, saat 10:00-dan İdarə qaz xətti üzərində quraşdırılmış qoruyucu klapanların alt hissəsində olan siyirtmələri üçgedişli kranla əvəz edəcək və bununla bağlı “Yeni […]

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər.Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Samir Rzayev dövlətimizin başçısına və birinci xanıma mərkəzin […]