Noyabrın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatına əsasən əməliyyat zonasında yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb. Doğrusöztv.Az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.
Azercell Şuşada ilk 4G şəbəkəsini qurdu
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu yeni tarix yazmağı bacardı, əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağımız bizə geri qayıtdı! Doğrusöztv.Az bildirir ki, “Azercell Telekom”dan verilən məlumata görə, Azərbaycanın vətənpərvər şirkəti olan “Azercell Telekom”da şanlı qələbəyə öz töhfəsini verməkdədir. Sevinc və fəxrlə […]
Rusiya-Türkiyə monitorinq mərkəzi sırf distant rejimdə fəaliyyət göstərəcək – Lavrov
Rusiya-Türkiyə monitorinq mərkəzi sırf distant rejimdə fəaliyyət göstərəcək. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, türk müşahidəçilərin hərəkətliliyinin sərhədləri birgə monitorinq mərkəzinin yerləşəcəyi coğrafi koordinatlarla məhdudlaşacaq: “Bu mərkəz Azərbaycanın Qarabağa yaxın olmayan ərazisində yerləşəcək. Mərkəz sırf distant rejimdə, texniki nəzarət vasitələri, […]
Bu qələbə ölkəmizin tarixində yeni bir mərhələnin başlanğıcı olacaq – Deputat
Azərbaycan Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa edərək tarixi qələbəyə imza atıb. Bunu artıq nəinki Ermənistanda, eyni zamanda beynəlxalq aləmdə də hər kəs etiraf edir. Azərbaycan Prezidentinin rəhbərliyi altında qazanılmış bu qələbə, ölkəmizin tarixində yeni bir mərhələnin başlanğıcı olacaq. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Ramin Məmmədov deyib. […]
Azərbaycanın tarixi qələbəsi
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun zəfər yürüşü Azərbaycanın tarixi qələbəsini təmin etdi. Haqlı olaraq xalqımız 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın azad olunmasını, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini qürurla, sevinclə qeyd edir. Rəşadətli Azərbaycan Ordusu işğalçıları əzəli […]
Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində Azərbaycan Respublikası Konstitusiyasının 25 illiyi münasibətilə paylaşım edilib. Doğrusöztv.Az -ın məlumatına görə, paylaşımda deyilir: “Əziz həmvətənlər! Azərbaycan Respublikası Konstitusiyasının 25 illiyi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram! Ölkəmizin bu illər ərzində keçdiyi yol xalqımız üçün azadlıqdan, dövlət müstəqilliyindən, sarsılmaz birlikdən […]
Prezident İlham Əliyevin rəsmi “Facebook” səhifəsində Konstitusiya Günü münasibətilə paylaşım edilib
Prezident İlham Əliyevin rəsmi “Facebook” səhifəsində Azərbaycan Respublikası Konstitusiyasının 25 illiyi münasibətilə paylaşım edilib. Doğrusöztv.Az həmin paylaşımı təqdim edir:
Putin Dağlıq Qarabağda sülhün dəstəklənməsi ilə bağlı fərman imzalayıb
Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda sülhün dəstəklənməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Doğrusöztv.Az Trend-ə istinadən verdiyi xəbərə görə, Rusiya Prezidenti ildə iki dəfədən az olmayaraq Dağlıq Qarabağdakı sülhməramlıların rotasiyasının keçirilməsi ilə bağlı Müdafiə Nazirliyinə tapşırıq verib.
Sülh bəyannaməsi Azərbaycanın maraqlarına tam cavab verir – Deputat
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı imzalanmış sülh bəyannaməsi həm hərbi, həm siyasi, həm də diplomatik qələbəmizdir. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Kamran Bayramov deyib. Deputat bildirib ki, bəyannamədə Azərbaycan əsas məqsədinə nail oldu: “Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu o deməkdir ki, həmin sənədə əsasən, Ermənistan […]
Pakistan Azərbaycanı təbrik edib
Pakistan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunda əldə olunan atəşkəsdən məmnuniyyət duyulduğu ifadə edən açıqlama yayıb. Doğrusöztv.Az bildirir ki, Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, açıqlamada deyilir: “Pakistan daim Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq nizamlanmasını dəstəkləyib.Tərəflərin hərbi əməliyyatları dayandırmasını elan etmələrini alqışlayırıq. […]