MN-in vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Müdafiə Nazirliyinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib. Tağıyev Ruhin Zeyid oğlunun Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və həmin Nazirliyin Tibbi Sənədlər Arxivinin rəisi vəzifələrində işlədiyi dövrdə çoxsaylı qanunsuz əməllərə yol verməsi barədə Müdafiə Nazirliyindən daxil olmuş materiallar əsasında Baş prokuror […]

Paşinyan: Bəzi qüvvələr kilsəni dövlətə qarşı yönəltməyə çalışır, buna imkan verməyəcəyik

Müəyyən qüvvələr Erməni Kilsəsindən dövlətə qarşı alət kimi istifadə etməyə cəhd göstərir.Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Kilsəsinin yenilənməsi şüarı altında keçirilən kütləvi yürüşün yekununda çıxışı zamanı deyib. Baş nazir bildirib ki, bəzi qüvvələr Erməni Kilsəsini Ermənistan Respublikasına qarşı yönəlmiş addımlar üçün dayaq nöqtəsinə çevirməyə çalışırlar. “Bizim doğma […]

Qazaxıstandan Azərbaycana Xəzərin dibi ilə optik kabelin çəkilişi ilin sonunadək başa çatdırılacaq

Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə çəkiləcək optik kabelin çəkilişinin 2026-cı ilin sonunadək başa çatdırılması planlaşdırılır. Bu barədə Qazaxıstan mediası Baş nazirinin müavini, rəqəmsal inkişaf və süni intellekt naziri Jaslan Madiyevə istinadən məlumat yayıb. “Tranzit potensialının artırılması məqsədilə Xəzər dənizinin dibi ilə Azərbaycan Respublikasına qədər optik kabelin tikintisinə […]

“Yeni Klinika”da qadının əməliyyatda qanaxmadan ölməsi ilə bağlı ginekoloqa cinayət işi açılıb

Xəstənin ölümündə təqsirləndirilən həkim barəsində cinayət işi açılıb. Bu barədə Bakı şəhəri Nizami rayon prokurorluğunun məlumatında deyilir. Məlumata görə. “Yeni Klinika” PHŞ-nin Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin Ginekologiya şöbəsində həkim-mama-ginekoloq işləyən Sevinc Məmmədova tərəfindən icra edilmiş cərrahiyyə əməliyyatı nəticəsində Günay Məmmədovanın ötən il mayın 18-də ölməsi faktı üzrə Bakı […]

Nazir Misir Mərdanovun bacısı oğluna yüksək VƏZİFƏ VERDİ

Ədliyyə Nazirliyinin baş idarələrindən birinə yeni rəis təyin olunub. Bununla bağlı nazir Fərid Əhmədov Əmr imzalayıb. Əmrə əsasən, Anar Eldar oğlu Qocayev Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi təyin edilib. Qeyd edək ki, Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi vəzifəsi təxminən 2 ilə yaxındır vakant idi.  Xatırladaq ki, Anar Qocayev […]

Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

8 yanvar saat 15:00-dan etibarən 2025-2026-cı tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq. Bu barədə APA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 11-ci siniflər üzrə yerdəyişmə prosesi 8 yanvar 2026-cı il […]

Səfərbərlik Xidmətinin 9 əməkdaşının əmək müqaviləsinə xitam verilib

Ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 9 əməkdaşının əmək müqaviləsinə xitam verilib. Bu barədə Dövlət Xidmətinin 2025-ci ilin yekunlarına dair hesabatında qeyd edilib. Bildirilib ki, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2025-ci il ərzində 172 əməkdaş (onlardan 65-i rəhbər heyət) barəsində intizam tənbehi […]