Məhkəmə qərarlarını dəyişdirmək adı altında 100 min manatlıq dələduzluq edən 4 nəfərə hökm oxunub

DogruSozTv Az
Oxunma vaxtı:47 Saniyə

Məhkəmə qərarlarını vətəndaşların xeyrinə dəyişdirmək və başqa vədlərlə dələduzluq etməkdə təqsirləndirilən Rəsul Abbasov, Fəqan Həsənov, Zamin İbrahov və Bəhruz Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Rəsul Abbasov, Fəqan Həsənov, Zamin İbrahov 7 il, Bəhruz Hacıyev isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

İttihama görə, təqsirləndirilən şəxslər Ədliyyə Nazirliyi, Konstitusiya Məhkəməsi, Ali Məhkəmədə, Bakı Apellyasiya Məhkəməsində yüksək vəzifələrdə çalışan qohumlarının və tanışlarının olduğunu bildirərək ayrı-ayrı şəxslərə dələduzluq etməklə ümumilikdə yüz min manat pul ələ keçiriblər.

Onlar yüksək vəzifədə çalışan qohum və tanışları vasitəsilə həbsdə olan vətəndaşları cinayət məsuliyyətindən azad edəcəklərinə, bu mümkün olmadıqda isə daha yüngül cəza almalarına kömək edəcəklərini vəd ediblər.

Zərərçəkmişlərdən yalnız birinə dəymiş ziyandan 6 min manat ödənilib, digər zərərçəkmişlərə ödəniş olunmayıb.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Şagirdlərin yerdəyişməsi dayandırılır

20 avqust saat 15:00-dan etibarən başlayan şagirdlərin elektron yerdəyişməsi prosesi yekunlaşır. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, sy.edu.az elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 7 sentyabr saat 12:00-da dayandırılacaq. Həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 10 sentyabr saat 15:00-a qədər […]