Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) olublar. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində qonaqlar ƏÜO Qərargahında olublar. Onlara ƏÜO-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran […]
Bakıda Atatürk və Antena parkları birləşdirilir
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakı şəhərində piyada zonalarının (dəhlizlərinin) yaradılması davam etdirilir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) melumat yayıb. Bu dəfə paytaxtın daha iki geniş piyada zonası olan Atatürk və Antena parklarının optimal şəkildə birləşdirilməsi imkanları təhlil […]
Azərbaycanda “Son zəng”in keçirilməsi üçün tələblər müəyyənləşib
Azərbaycanda “Son zəng” tədbirlərinin keçirilməsi üçün tələblər müəyyənləşib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, “Son Zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılır. Təlimata əsasən, “Son zəng” tədbirinin təşkil edilməsinə ümumi təhsil müəssisəsinin direktoru […]
Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak üçün ödəniş məbləği təsdiq edilib
Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği təsdiq edilib.Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği 60 manat təsdiq edilib.
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir
Ukrayna ordusu Donetsk regionunda komanda məntəqəsinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib. Bu barədə “Sky News“ Ukraynanın dron qüvvələrinin yüksək rütbəli komandiri Robert Brovdiyə istinadən məlumat yayıb. Onun sözlərinə görə, 8 dron Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşlarının olduğu binaya yüksək dəqiqliklə zərbə endirib, nəticədə 12 zabit ölüb, daha […]
İraq Hörmüz boğazının bağlanmasına baxmayaraq neft ixracını davam etdirir
Bu gün İraqın cənubuna, dövlətin əsas ixrac mərkəzi olan Bəsrədəki dəniz terminallarının birinə 2 milyon barel neft yükləmək üçün növbəti neft tankeri gəlib. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, Komor adaları bayrağı altında üzən “Helga” gəmisi, İraq neftinin əsas hissəsinin nəql olunduğu Hörmüz boğazının növbəti dəfə […]
XİN: Bakının çoxtərəfli diplomatiya üçün önəmli mərkəz qismində əhəmiyyəti artır
Bakı şəhərinin çoxtərəfli diplomatiya, dialoq və əməkdaşlıq üçün önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır. Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Günü ilə bağlı yaydığı bəyanatda qeyd olunub. Bildirilib ki, Azərbaycan çoxtərəfli diplomatiya və əməkdaşlığın ən böyük dəstəkçilərindən biri olaraq, Qlobal Cənubun fəal üzvü qismində […]
Prezident Samir Şərifova yeni vəzifə verdi
Azərbaycan-Qazaxıstan birgə hökumətlərarası komissiyanın sədri dəyişib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Azərbaycan tərəfdən Komissiyanın sədri Baş nazirinin müavini Samir Şərifov olacaq. Qeyd edək ki, bundan öncə Komissiyanın sədri energetika naziri Pərviz Şahbazov olub.
Bukmeykerlər Azərbaycanı “Avroviziya-2026″da favorit hesab etmir
Avropalı bukmeykerlər “Avroviziya-2026″da Azərbaycanı təmsil edən JIVA-nı favorit hesab etmir. Builki müsabiqədə favorit ölkə Finlandiya hesab olunur. Linda Lampenius və Pete Parkkonen cütünün ifa etdiyi “Liekinheitin” mahnısının qalib gəlmək şansı ümumilikdə 31 faiz qiymətləndirilir. Fransa, Danimarka, Avstraliya və Yunanıstan da müsabiqənin yaxşılarından hesab olunur. Məlumat üçün bildirək ki, Azərbaycan təmsilçisi […]
Milli Məclisin növbəti iclasının gündəliyinə 11 məsələ daxil edilib
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum olub. Parlamentin aprelin 27-də keçiriləcək iclasının gündəliyinə 11 məsələ daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında. 2. “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma […]