Media: ABŞ hərbi gəmiləri Tehranla razılaşdırmadan Hörmüzü keçib

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir neçə gəmisi İranla razılaşdırmadan Hörmüz boğazını keçib. Bu barədə mənbələrə istinadən “Axios” məlumat yayıb. Qeyd olunub ki, bu, ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı başlayandan bəri ilk belə haldır. Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın […]

Məhəmməd Rza Aref İranla ABŞ-nin anlaşması üçün Tehranın şərtlərini açıqlayıb

Əgər Vaşinqton “Öncə İsrail” prinsipini rəhbər tutarsa, İran ABŞ ilə razılığa gələ bilməyəcək. Bu barədə İranın vitse-prezidenti Məhəmməd Rza Aref “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Əgər biz İslamabadda “Öncə Amerika” (“America first”, Donald Tramp komandasının siyasi şüarı – red.) nümayəndələri ilə danışıqlar aparsaq, ehtimal ki, hər iki tərəf və […]

Bazar gününün havası açıqlanıb

Bakıda və Abşeron yarımadasında aprelin 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu […]

Tərtərdə iki nəfər dönərdən zəhərlənib

Tərtərdə iki nəfər dönərdən zəhərlənib. Tərtər şəhər sakinləri – 1999-cu il təvəllüdlü Şəfaqət İslam qızı Paşayeva və 1983-cü il təvəllüdlü Nuranə Ədalət qızı şəhərin ərazisindən qidadan (dönər) zəhərlənmə ilə xəstəxanaya gətirilib. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilib. Tərtər Rayon Prokurorluğu tərəfindən araşırma aparılır.

Qəzalarda ölən hər 3 nəfərdən 1-i təhlükəsizlik kəmərini bağlamayıb

2026-cı ilin ilk 3 ayı ərzində yol qəzalarında həlak olan sürücü və sərnişinlərin 33,6 faizi, yaralananların isə 29,1 faizi təhlükəsizlik kəmərini bağlamayan şəxslər olub. Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıbƏtraflı. Bildirilib ki, qanunvericiliyin tələbinə əsasən, bir neçə hal istisna olmaqla sürücü və sərnişinlər avtomobildə təhülkəsizlik kəmərini […]

Xəzərdə zəlzələ olub

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Yerli vaxtla saat 07:47-də qeydə alınan zəlzələnin maqnitudası 3,3 olub. Zəlzələnin ocağı 32 kilometr dərinlikdə yerləşib.

Günün qoroskopu: bu gün sadəcə hadisələr deyil, mənalar doğulur

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik Bu günün səması yenə də sizin ruhunuza toxunan incə, lakin güclü titrəyişlərlə doludur. Sanki kainat öz dərin sirlərini təkcə baxan gözlərə deyil, hiss edən ürəklərə açır. Bu gün siz hadisələri sadəcə yaşamayacaqsınız, onları duyacaqsınız, […]

WSJ: İranın yeraltı anbarlarda minlərlə raketi var

İranın minlərlə raketi var və məhv edilən raket buraxılış məntəqələrini bərpa etməyə qadirdir. Bunu ABŞ kəşfiyyatı müəyyənləşdirib. “İranın hələ də yeraltı anbarlarda yerləşən qurğulardan istifadə edərək buraxa biləcəyi minlərlə ballistik raketi var”, – məlumatda bildirilib və əlavə olunub ki, ABŞ kəşfiyyatının qiymətləndirmələri ilə tanış olan amerikalı rəsmilər İranın raket buraxılış […]

Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkələr arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi məqsədilə Çin Xalq Respublikasına səfər edib.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində bu ölkənin Milli Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsində “Hərbi əməkdaşlıq sahəsində perspektivlərin müzakirə edilməsi üzrə işçi görüşü” keçirilib. Görüşdə ölkələri arasında hərbi əməkdaşlığın cari […]