Hüququ tənzimləmə yolu ilə uşaqların virtual asılılığının azaldılmasıyla bağlı parlamentdə dinləmə keçirilməsi təklif olunub. Belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov çıxış edib. Deputat deyib ki, bir sıra dünya ölkələri uşaq və yeniyetmələrin virtual asılılığının, rəqəmsal mühitin onların psixologiyasına mənfi təsirinin aradan qaldırılması ilə bağlı müxtəlif […]
Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı tədbirdə çıxış edib.
Ərdoğan COP31-ə prezident təyin edib
Gələn il Türkiyədə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) Prezident təyin olunub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum COP31-in Prezidenti təyin edilib. Qeyd edək ki, COP31 konfransı 2026-cı ilin 9–20 noyabr […]
Zaqatalaya 10 sm qar yağdı, 10 dərəcə şaxta var – FAKTİKİ HAVA
Dekabrın 26-sı saat 9:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində arabir yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir, dağlıq və dağətəyi rayonlarda qar yağır. Yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 10, Kəlbəcər, Laçın, Qubadlıda 7, Daşkəsən, Qusarda (Laza) 5, Göygöldə 4, Xaltan, […]
Deputatlar yenidən toplaşır – Gündəlikdə 9 məsələ var
Bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyinə 9 məsələ daxil edilib. Həmin məsələr aşağıdakılardır: 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, […]
AZAL təyyarəsinin zədələnməsi döyüş başlığının dağıdıcı elementləri səbəbindən baş verib – ARALIQ HESABAT
AZAL-ın sərnişin təyyarəsinin zədələnməsi döyüş başlığının dağıdıcı elementləri səbəbindən baş verib, lakin onların mənşəyi müəyyən edilə bilməyib. Bu, Qazaxıstan Nəqliyyat Nazirliyinin AZAL şirkətinə məxsus Embraer 190 4K-AZ65 təyyarəsi qəzasını araşdıran komissiyanın aralıq hesabatında yer alıb. Hesabatda, həmçinin təyyarənin 2 saylı hidravlik sistem borusunun zədələnməsinin sərt obyektlərlə təmas nəticəsində baş verə […]
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib – SİYAHI
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib. Prezident İlham Əliyev apellyasiya instansiyası məhkəməsinin kollegiya sədrinin, birinci instansiya məhkəməsi sədrinin və bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb. Sərəncamla aşağıdakı hakimlərin vəzifələri dəyişdirilib: apellyasiya instansiyası məhkəmələri üzrə: 1.1. Səməd Fəxrəddin oğlu Cəfərov […]
Ukrayna Britaniya raketləri ilə Rusiyada neft emalı zavoduna zərbə endirib, partlayışlar baş verib
Ukrayna ordusu Rusiyanın Rostov vilayətindəki Novoşaxtinsk neft emalı zavoduna zərbə endirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram” kanalında məlumat yayıb. Məlumata görə, zərbə üçün “Storm Shadow” qanadlı raketlərindən istifadə olunub. “Dekabrın 25-də Ukrayna Hərbi Hava Qüvvələrinin bölmələri hava bazalı “Storm Shadow” qanadlı raketləri ilə Rusiyanın Rostov vilayətindəki Novoşaxtinsk […]
Prezidentin Ağdam səfəri: Azad edilmiş ərazilərdə dirçəliş Azərbaycanın dövlət iradəsinin göstəricisidir – TƏHLİL
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdamın 2-ci yaşayış kompleksinin açılışındakı çıxışı təkcə bir infrastruktur layihəsinin təqdimatı deyil, həm də işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın qətiyyətli dövlət siyasətinin davamlılığının təsdiqidir. Uzun illər ərzində “Qafqazın Xirosiması” adlandırılan Ağdam bu gün dirçəlir, həyat qayıdır və Azərbaycan xalqının iradəsinin gücü öz real təcəssümünü tapır.Prezidentin […]
Sumqayıtda yaşayış binasında yanğın olub, 9 nəfər təxliyə edilib
Sumqayıtda doqquzmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, şəhərdə doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan 4 otaqlı mənzilin dəhlizinin yanar konstruksiyaları 15 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb, yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib və […]