Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı ünvanlayıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Başsağlığında deyilir: “Bölgədəki terror təhlükəsini zərərsizləşdirmək, ərazidə yaşayan mülki insanları terror hücumlarından və təhdidlərindən qorumaq məqsədilə qardaş Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Pençe-Kilit” antiterror əməliyyatlarının aparıldığı bölgədə […]
Azərbaycanda işsizlər üçün SEVİNDİRİCİ XƏBƏR – 29 yaşadək şəxslər…
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə “İrəliləyİş” layihəsinə start verilib. BAKU.WS-in məlumatəna görə, layihənin məqsədi ölkədə fəaliyyət göstərən şirkət və təşkilatlarda beynəlxalq normalara uyğunlaşan təcrübə proqramları formalaşdırmaq və yüksək potensiallı gənclərin karyera bacarıqlarını […]
Prezident icra başçısını vəzifəsindən azad etdi
Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. “Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Mahirə İsmayıl qızı Adnayeva Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.Qeyd edək ki, o, 2021-ci ilin oktyabrında bu vəzifəyə təyin edilmişdi.
Türkiyə şəhid verdi
İraqın şimalında “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin atəşi nəticəsində 2 türk əsgəri şəhid olub, 3-ü yaralanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamada yaralı əsgərlərin dərhal xəstəxanaya aparıldığı, bölgədə əməliyyatların davam etdiyi bildirilib.
Afinadan Bakıya aviareys açılır
Yunanıstanın ən böyük aviaşirkəti olan “Aegean Airlines” sentyabr ayından Afinadan Bakıya uçuşlara başlayacaq. Məlumata görə, uçuşlar sentyabrın 29-dan etibarən, hər bazar ertəsi və cümə günləri həyata keçiriləcək./Oxu.az
Türkiyə Prezident Kabineti sabah Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edəcək
Sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident Kabinetinin iclası keçiriləcək. “Report” xəbər verir ki, iclasın gündəliyində Cənubi Qafqazda baş verən proseslər və Azərbaycanla Ermənistan arasında normallaşma prosesi də yer alıb. İclasda, həmçinin daxili və xarici siyasətdəki inkişaf dəyərləndiriləcək, iqtisadiyyat və bəzi Qərb ölkələrində terror təşkilatı üzvlərinin əməlləri də prioritet […]
Elşən Xəzərin həbs xəbəri ilə bağlı məşhur meyxanaçıdan AÇIQLAMA
Meyxanaçı Mehman Əhmədli həmkarı Elşən Xəzərin İranın casus şəbəkəsi ətrafında həyata keçirilən tədbirlər nəticəsində ötən gün saxlanılması məsələsinə aydınlıq gətirib. BiG.AZ pravda.az-a istinadən bildirir ki, bu barədə açıqlama verən Mehman Əhmədli deyib ki, E.Xəzər saxlanılmayıb. “Bu dəqiqə özü ilə danışmışam. Nə İran, nə casus? Elşən Vətənini sevən, dindar oğlandır. İran niyə […]
Naxçıvanda vergi ödəyicilərinin sayı 22,4 % artıb
Naxçıvanda vergi ödəyicilərinin sayı artıb. “Report”un yerli bürosu xəbər verir ki, 1 avqust 2023-cü il tarixə Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 22,4% (15358 nəfərdir) artıb. Son 7 ayda əvvəlki ilin eyni dövrü ilə müqayisədə yeni qeydiyyatdan keçmiş obyektlərin sayı 3,4 dəfə, nağdsız əməliyyatlar üzrə dövriyyə isə […]
Bakıda sığınacağa edilən hücumun səbəbi məlum oldu
Bakıda uşaq sığınacağına edilən hücumun təfərrüatı məlum olub. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O qeyd edib ki, bu gün səhər saatlarında diləndirilən iki azyaşlı sığınacağa yerləşdirilib və münaqişə yaradanlar da həmin uşaqların valideynləridirlər. “Ana deyir ki, diləndirirəm, əcəb edirəm. Ata isə özünü yandıracağını bəyan edir. […]
Cəzaçəkmə müəssisəsində özünü güllələyən əsgərlə bağlı AÇIQLAMA
Penitensiar Xidmət ötən gün Salyanda yerləşən cəzaçəkmə müəssisəsində özünü güllələyən hərbi qulluqçu barədə məlumat yayıb. Xidmətdən APA-ya bildirilib ki, Mühafizə Alayının hərbi qulluqçusu əsgər Ülvi İlyas oğlu Şamxalovun xəstəxanada müalicəsi davam etdirilir.Qeyd edilib ki, həyatı üçün heç bir təhlükə yoxdur.