Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri dostluq stelasını açıblar

Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri Şavkat Mirziyoyev, Emoməli Rəhmon və Sadır Japarov üç ölkənin dövlət sərhədlərinin qovşağında yerləşən Dostluq stelasının açılış mərasimində iştirak ediblər.Mərasim martın 31-də Xucənddə təşkil olunmuş yüksək səviyyəli tədbirlər çərçivəsində baş tutub. Üç ölkənin baş nazirinin müavinləri videokonfrans vasitəsilə dövlət başçılarına tikinti işlərinin başa çatması və obyektin […]

Prezident İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında martın 31-də telefon danışığı olub.Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Məsud Pezeşkian müqəddəs Ramazan bayramı münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edib, ən xoş arzularını çatdırıb. Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirərək, öz […]

Əlcəzair Prezidenti İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib

Əlcəzair Prezidenti Abdelmacid Tebbun İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib.Təbrikdə deyilir: “Zati-aliləri, Əziz Qardaşım. Müqəddəs Ramazan bayramı münasibətilə Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaşxalqınıza daha böyük tərəqqi və rifah arzulayıram. Uca Allahdan bu […]

DSX: Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.Bu barədə  Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, mart ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından pilotsuz uçuş aparatı […]

Tbilisidə etiraz aksiyası zamanı polis avtomobilini zədələyən Rusiya vətəndaşı saxlanılıb

Tbilisidə etiraz aksiyası zamanı polis avtomobilini zədələyən Rusiya vətəndaşı saxlanılıb.“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Tbilisidə keçirilən etiraz aksiyası zamanı polis avtomobilinə zərər yetirən Rusiya Federasiyası vətəndaşı, 1995-ci il təvəllüdlü D.K.-nın saxlanılıb. Nazirliyin yaydığı məlumata görə, 28 mart tarixində […]

MN: Ermənistan tərəfinin təxribatçı cəhdlərinin qarşısı alınıb

Martın 30-u saat 21:25 radələrində Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində yenidən kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd edib.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdinin qarşısı alınıb. […]

XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat

Xarici İşlər Nazirliyi (XİN) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.Həmin bəyanatı təqdim edirik: “Bu gün, radikal erməni qruplaşmaları tərəfindən ötən əsrdə dinc azərbaycanlılara qarşı törədilmiş ən böyük soyqırımlardan biri olan, minlərlə həmvətənimizin etnik və dini zəmində amansızlıqla qətlə yetirildiyi 1918-ci il mart soyqırımından 107 il ötür. […]

Ərdoğan İlham Əliyevi təbrik etdi

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Məktubda deyilir “Hörmətli Prezident, Əziz Qardaşım. Zati-alinizin Ramazan bayramını səmimi-qəlbdən təbrik edirəm. İslam aləminə və bütün bəşəriyyətə sülh, əmin-amanlıq gətirməsini arzu etdiyim mübarək bayramımız münasibətilə Cənabi-Haqqdan həmrəyliyimizi və birliyimizi gücləndirməsini diləyirəm. Xalqım adından və öz adımdan Zati-alinizə cansağlığı, xoşbəxtlik, […]