Ruben Vardanyanın məhkəməsində mina partlayışı zamanı xəsarət almış şəxslər ifadə verirlər

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə aprelin 22-də keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verirlər. Zərərçəkmiş Həsənəli Əliyev ifadəsində 2024-cü il fevralın 4-də həyətyanı sahədə […]

Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində bu ölkənin vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb.Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını Vo Ti An Suana çatdıran Leyla Əliyeva səfər zamanı keçirilən görüşlərin və aparılan müzakirələrin bundan sonra da əlaqələrə öz töhfəsini verəcəyinə əminliyini ifadə […]

Sabah havanın temperaturu 29 dərəcəyədək yüksələcək

Bakıda və Abşeron yarımadasında aprelin 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti verilən məlumat yayıb. 22-dən 23-nə keçən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-15° isti, gündüz 20-25° isti olacaq. […]

Vatikanda Roma Papası Fransisklə vida mərasimi başlayıb

Aprelin 21-də vəfat edən Roma Papası Fransiskin Vatikandakı iqamətgahındakı kapellasında – “Müqəddəs Marfa” evində onunla vida mərasimi başlayıb. Mərasimdən fotoşəkillər Vatikanın rəsmi KİV-I tərəfindən dərc edilib. Fransisk Santa Maria Maggiore bazilikasında dəfn ediləcək. 2022-ci ildə hazırlanmış və dünən açıqlanan vəsiyyətnamədə pontifik dəfn olunmaq istədiyi dəqiq yeri göstərib. Vəsiyyətnamədə qeyd olunduğu […]

Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilir

Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb. Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir. Qeyd edək ki, ötən prosesdə iş üzrə zərərçəkmiş şəxslər ifadə verib. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan […]

Paytaxtın bir neçə yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılıb

Bakıda hazırda aidiyyəti dövlət qurumları tərəfindən paytaxtın bir neçə küçə və prospektində yolda təmir işləri aparılır və avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov məlumat yayıb O bildirib ki, təmir səbəbindən avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulan yollar aşağıdakılardır: 1. Xətai […]

Gəncədə zəhərlənən 5 nəfərin vəziyyəti açıqlanıb – YENİLƏNİB

Bu gün saat 07:30 radələrində 5 nəfər (4 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında qeyd edilib. Bildirilib ki, funksional mədə-bağırsaq pozğunluğu diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi […]

Hesabat: Qlobal Cənub ölkələri Azərbaycan da daxil olmaqla, dünya arenasında yeni qüvvə formalaşdıracaq

Azərbaycanın da daxil olduğu Qlobal Cənub ölkələri onilliyin sonuna qədər qlobal iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olacaq və dünya arenasında müstəqil “üçüncü qüvvə” formalaşdıracaq. Bu barədə “Boston Consulting Group”un (BCG) hesabatında bildirilib. Qeyd olunub ki, 2029-cu ilə qədər Qlobal Cənub ölkələrinin ümumi ÜDM-i inkişaf etmiş ölkələrin 1,9 % ilə müqayisədə […]

Bakının iki rayonunun qaz təchizatı dayandırılacaq

Bu gün Bakının Pirallahı və Nəsimi rayonlarında bəzi küçələrində qaz təchizatı dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb Bildirilib ki, Pirallahı rayonununda qaz ölçü qovşaqlarında mövcud daraldıcı qurğuların sərfiyyata uyğun yeni qurğular ilə əvəzlənməsi, Nəsimi rayonunda qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə aprelin 22-də […]