Prezident İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub – YENİLƏNİB

Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub.Sədr Si Cinpin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafını və əldə etdiyi nailiyyətləri məmnunluqla qeyd etdi. Söhbət zamanı ötən il Astanada keçirilmiş görüş əsnasında ölkələrimiz arasında strateji tərəfdaşlığa dair qəbul olunan […]

Çin Sədri: Tarif və ticarət müharibələri dünyanın iqtisadi nizamına zərbədir

Tarif və ticarət müharibələri bütün ölkələrin qanuni hüquq və maraqlarını pozur, çoxtərəfli ticarət sisteminə zərər vurur.Bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı bildirib. “Bu, dünyanın iqtisadi nizamı üçün zərbədir”, – o qeyd edib. Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp Ağ Evdə […]

Çin Azərbaycanın tezliklə Ümumdünya Ticarət Təşkilatına üzv olmasını istəyir

Çin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) tezliklə üzv olmasını dəstəkləyir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev və Çin Sədri Si Cinpin imzaladığı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da bildirilir. Sənədə əsasən, tərəflər dünya iqtisadi düzənində baş verən dəyişiklikləri daha yaxşı əks […]

Pekində Azərbaycan-Çin sənədləri imzalanıb

Pekində Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə aprelin 23-də Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub. Əvvəlcə Prezident İlham Əliyev və Sədr Si Cinpin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ı imzalayıblar. “Azərbaycan Respublikası Hökuməti ilə Çin […]

Bu gün 2025-ci il üçün Əfv Komissiyasının sayca 6-cı iclası keçiriləcək

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün sayca 6-cı iclası keçiriləcək. Ümumilikdə, Əfv Məsələləri Komissiyasının 2025-ci il üzrə beş iclası olub və 600-dən çox müraciətə baxılıb. Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.

BİZİM TƏQVİM: Aprelin 23-də baş vermiş tarixi hadisələr

23 aprel 1918-ci ildə ermənilər Qubada müsəlman əhaliyə qarşı növbəti terror hadisəsi törətdilər. 10 gün davam edən vəhşiliklər nəticəsində 3 mindən çox dinc sakin qətlə yetirildi, 100-ə qədər ev yandırıldı, 125 kənd yerlə-yeksan edildi. Bəs aprelin 23-də dünyada daha hansı hadisələr baş verib? 1. 23 aprel 1827-ci ildə Rusiyanın Əlahiddə Qafqaz […]

Tramp: HƏMAS-ın Qəzzanın müharibədən sonrakı idarəçiliyində iştirakına imkan verməyəcəyik

Birləşmiş Ştatlar Fələstinin radikal HƏMAS hərəkatının gələcəkdə Qəzza zolağının idarə olunmasında iştirakına icazə verməyəcək.Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. Ondan ABŞ-nin HƏMAS-ın Qəzzanın müharibədən sonrakı idarəçiliyində hər hansı rol oynamasına mane olub-olmayacağı soruşulub. “Biz HƏMAS-a bunu etməyə icazə verməyəcəyik”, – Tramp bildirib. “Biz Qəzza ilə […]

Azərbaycan Prezidenti İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub

[center][img]https://azadmedia.az/uploads/posts/2025-04/1745379880_a73c12e1-3299-3818-b2f3-ba6f3b496d4e_850.jpg[/img][/center]Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 23-də rəsmi qarşılanma mərasimi olub.Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı […]

Ermənistan parlamentində dava düşüb

Ermənistan parlamentində “Vətəndaş müqaviləsi” fraksiyasının deputatları ilə müxalif “Ermənistan” blokunun nümayəndələri arasında dava düşüb. Dava deputatlar Geqam Manukyan və Vae Qaluumyan arasında baş verib. Mübahisə “Ermənistan” fraksiyasının qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin təqdimatı ilə bağlı bəyanatından sonra başlayıb. Parlament sədri Alen Simonyan birbaşa yayımın […]