Bu mövzuda bir dəfə qəzetimizdə “Əhali nə Səhiyyə Nazirliyindən, nə TƏBİB-dən, nə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən yarıdı” sərlövhəli məqalə dərc olunub. Həmin məqalədə icbari tibbi sığortaya keçidlə bağlı vətəndaşlara təqdim olunan ilkin xidmətlər zərfinin “kasadlığından”, icbari tibbi sığorta ilə müayinə və müalicə olunmaq istəyən şəxslərin həkimlərlə ciddi […]
Yol – patrul xidmətinin nümunəvi əməkdaşı
Azərbaycan Respublikasının daxili işlər naziri cənab Vilayət Eyvazov və Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Ramiz Zeynalov əməkdaşlardan tələb edirlər ki, hərəkət iştirakçıları ilə ünsiyyətdə kobud rəftardan çəkinməli, etik davranış qaydalarına ciddi riayət etməli, bununla belə qətiyyətli və nəzakətli olmalıdırlar. Eyni zamanda, sürücülərə törətdikləri inzibati xətanın yarada biləcəyi mənfi […]
Azərbaycan və Özbəkistan arasında dostluq əlaqələri daha da möhkəmlənir
Azərbaycan və Özbəkistan arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq […]
Prezident İlham Əliyev İsrafil Kərimovu təltif etdi
İsrafil Kərimov təltif edildi. Prezident İlham Əliyevin imzaladığı “Dövlət qulluqçularının təltif edilməsi haqqında” sərəncamda Kərimov İsrafil Ələkbər oğlunun da adı var. Veteninfo.az xəbər verir ki, sərəncama əsasən, İ.Kərimov “Tərəqqi” medalı ilə təltif edilib. Qeyd edək ki, İ.Kərimov uzun illərdir Bakı Şəhər İcra Hakimiyyətində çalışır.
FHN hava ilə bağlı əhaliyə müraciət etdi
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. BiG.AZ xəbər verir ki, müraciətdə deyilir: “Əvvəlcədən xəbərdarlıq edildiyi kimi, bu gün gündüz saatlarından başlayaraq respublikanın bir sıra ərazilərində hava şəraiti dəyişib, yağıntılı hava müşahidə olunub. Bəzi yerlərdə yağış xüsusilə intensiv xarakter alıb və müəyyən fəsadlar törədib. Belə ki, FHN-in “112” qaynar telefon xəttinə daxil […]
Birinci Qarabağ savaşindan film kimi qəhrəmanliq nümunəsi
Silahli düşməni əliyalın məhv edən şəhidin övladlarının acı taleyi 2020-ci ilin payızında baş verən və 44 gün çəkən Vətən müharibəsi nəticəsində Qarabağ, o cümlədən, Laçın rayonu yağı tapdağından azad edildi. Həsrətə son qoyuldu. Vətən uğrunda haqq mücadiləsi apararaq canından keçmiş həm Birinci, həm də İkinci Qarabağ savaşı şəhidlərinin, ümumiyyətlə, atəşkəsin […]
Rusiya Litvaya hədə-qorxu gəlib
Litvanın müvəqqəti işlər vəkili Virciniya Umbrasene Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb Litvanın Rusiyanın Kalininqrad vilayətindən bir sıra malların tranzitini dayandırmaq qərarı olub. “Biz Litva tərəfinin beynəlxalq hüququn öhdəliklərini, ilk növbədə Kalininqrad vilayəti ilə Rusiyanın digər əraziləri arasında tranzitlə bağlı Rusiya Federasiyası və Avropa İttifaqının 2002-ci il tarixli Birgə […]
84 yaşlı qadın universitetə qəbul oldu
Türkiyədə 84 yaşda qadın ali məktəbə imtahanlardan uğurla keçərək, universitetə qəbul olub. Bakupost.az xəbər verur ki, Mesudiyyədə yaşayan Güneş Önyürümə 2013-cü ildə orta təhsilini başa vurub. Dövlət xətti ilə orta məktəb diplomunu alıb. Daha sonra ali məktəb arzusunda olduğunu deyib. İncəsənət fakultəsinə hazırlaşan nənə qəbul imtahanlarından keçib. Ona hazırlıqda nəvələri yardım edib. Onun 18 […]
Lavrovdan İrəvanda Azərbaycan əleyhinə açıqlama: Rusiya baş diplomatının məramı sülhə oxşamır
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Ermənistanda erməni həmkarı Ararat Mirzoyanla görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycanın əleyhinə fikir səsləndirib. Xocalı rayonunun Fərrux kəndi ətrafında yaranmış vəziyyət barədə suala cavabında Lavrov diplomata yaraşmayan ifadələrə yol verib. Rusiya XİN başçısı bildirib ki, Fərruxdakı hadisənin nizamlanması Qarabağdakı Rusiya sülhməramlı hərbçilərinin […]
Milli Məclisin iyunun 22-də keçiriləcək iclasının gündəliyi dəyişib
Milli Məclisin iyunun 22-də keçiriləcək iclasının gündəliyi dəyişib. APA xəbər verir ki, iclasın gündəliyinə daxil olan məsələlərin sayı 18-dən 20-ə çatdırılıb. İclasın gündəliyinə daxil olan məsələlər aşağıdakılardır: 1. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 2. “Dövlət Sosial Müdafiə […]