Prezident İlham Əliyev martın 6-da ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. *** Dövlət başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün nəticələrindən məmnunluğunu bildirib və bu istiqamətdə göstərdiyi davamlı səylərinə görə ABŞ Dövlət katibi Antoni […]
Şəhid baş leytenant dəfn edildi – FOTOLAR
Ötən gün səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu II Şəhidlər xiyabanında dəfn edilib. Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Qeyd edək ki, Ş.Əlibəyli subay olub, ailənin yeganə […]
“Azərbaycanda su qıtlığı get-gedə daha da artacaq”
“Azərbaycanda su qıtlığı hiss olunur və bu, get-gedə daha da artacaq”. Bu fikirləri AMEA-nın vitse-prezidenti İradə Hüseynova Milli Məclisdə keçirilən TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclasında deyib. Vitse-prezident vurğulayıb ki, su qıtlığı biomüxtəlifliyin qorunmasına öz mənfi təsirini göstərir: “Hər il artan səhralaşma böyük narahatlıq doğurur. […]
Bu gecə də mövqelərimiz atəşə tutulub – Rəsmi
Martın 5-i saat 15:00-dan martın 6-sı saat 03:10-dək Azərbaycan Ordusunun mövqeləri 19 dəfə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Aşağı Şorca, Əzizli, Zərkənd, Yuxarı Zağalı yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər […]
“Dağıntılar altında məzarlarını gözləyən ölülər var” – Mahsun Kırmızıgül
Müğənni və rejissor Mahsun Kırmızıgül sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib. O, zəlzələnin yaratdığı fəsadları aradan qaldırmağa çağırış edib. Həmçinin, Kırmızıgül son 2 gündə gündəm olan siyasi hadisələrə görə üsyan edib. “Qoyun can dərdində, Qəssab ət dərdində. Zəlzələ bölgəsindəyik. Yaxınlarını və hər şeyi itirmiş çarəsiz və ağrılı insanların fəryadları […]
Kürdəmirdə ailə faciəsi – Azyaşlı bacılar öldü
Kürdəmirdə iki bacının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ötən gecə rayonun Karrar kəndində 2012-ci il təvəllüdlü Qasımzadə Səma Elton qızı və onun 2014-cü il təvəllüdlü bacısı Fəridə hamamda dəm qazından zəhərlənib. Bacılar xəstəxanaya aparılarkən yolda vəfat ediblər. Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma […]
Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Bu gün dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin vəfatı günüdür. Məhəmməd Əmin Rəsulzadənin dünyasını dəyişməsindən 68 il ötür. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid […]
Laçın-Xankəndi yolundakı aksiyanın 85-ci günü
“Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı gənclər və ekoloqlar tərəfindən Laçın yolunda keçirilən etiraz aksiyası 85 gündür davam edir. Hava şaxtalı olsa da, aksiya iştirakçılarının fəallığı müşahidə olunur. İştirakçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər. Faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus […]
Günün qoroskopu: nəticənin bütünlüklə sizdən asılı olduğu gündür
Dogrusoztv.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir Qoç – gələcək günlərin bünövrəsinin qoyulduğu vaxtdır. Yeni işlərə mənəvi və fiziki baxımdan hazırlaşın. Sizdə razılıq hissi yaradan işlərdə çalışın, amma tapşırıq və göstərişləri də unutmayın. Yaxın insanlarla ünsiyyətdə diqqətli olun. Dayanıqlı münasibətləri emosiyalar […]
Hərbçimiz minaya düşərək şəhid oldu – FOTO
Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub.Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. “Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin”, – rəsmi açıqlamada bildirilib. Qeyd […]