“Maliyyə icarəsi haqqında” qanun layihəsi plenar iclasa tövsiyə edilib – YENİLƏNİB

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış “Maliyyə icarəsi haqqında” qanun layihəsi plenar iclasa tövsiyə olunub. *** Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Maliyyə icarəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Yeni qanun maliyyə icarəsi fəaliyyətinin inkişafı, təşviqi […]

Yağıntılar intensivləşəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında aprelin 24-25-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından […]

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 14:07-də qeydə alınıb. “3,3 maqnitudalı yeraltı təkan 5 km dərinlikdə qeydə alınıb”, – məlumatda vurğulanıb.

Həftəsonu 55 mindən çox şagird buraxılış imtahanı verəcək

Azərbaycanda aprelin 26-da 55 282 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, imtahanda 79 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün […]

Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür

Ali Məhkəmənin İnzibati kollegiyası qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşların yalnız bir dəfə mənzillə təmin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Bu barədə məhkəmədən məlumat verilib. Bildirilib ki, iddiaçı Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsdir. O, ailə üzvləri ilə birlikdə 2012-ci […]