Prezident İlham Əliyev Füzuli və Cəbrayılda, o cümlədən Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırıb. Doğrusöztv.Az -ın məlumatına görə, Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfər zamanı Füzuli və Cəbrayılda, o cümlədən Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırıb və çıxış edib. Xəbər yenilənəcək
1988-ci ildə Bakıda dalğalanan bayraq bu gün işğaldan azad edilən torpaqlarda da dalğalanır – Çavuşoğlu
1988-ci ildə Bakıda dalğalanan bayraq bu gün işğaldan azad edilən torpaqlarda da dalğalanır. Doğrusöztv.Az -ın məlumatına görə, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu öz “Twitter” səhifəsində Azərbaycanın Milli Dirçəliş Günü münasibətilə yazıb. O yazıb: “32 il əvvəl müstəqillik üçün ayağa qalxan qəhrəman azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altındakı torpaqları […]
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayılda olublar (FOTO)
Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Doğrusöztv.Az bu barədə Prezidentin Mətbuat Xidmətinə istinadən məlumat verir.
Solovyovun təxribatçı açıqlamalarına qiymət verilsin – Rusiyalı deputatdan müraciət
Rusiya Dövlət Dumasının deputatı Tamara Pletnyova Ümumrusiya Dövlət Televiziya və Radio yayımı Şirkətinin baş direktoru Oleq Dobrodeyevə müraciət edərək “Rossiya-1” telekanalının aparıcısı Vladimir Solovyovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı münasibətinə qiymət verilməsini xahiş edib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, deputat bildirib ki, V.Solovyov münaqişə müddətində tez-tez təxribatçı açıqlamalarla çıxış edib. […]
Füzuli-Şuşa avtomobil yolu çəkilir
Füzulidən Şuşaya avtomobil yolu çəkilir. Doğrusöztv.Az -ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev noyabrın 16-da Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı məlumat verib.
Bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu tanıyır – Pakistanın baş naziri
Bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu tanıyır. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Pakistanın baş naziri İmran Xan bu ölkənin yerli televiziya kanalına verdiyi müsahibəsində deyib. O, qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri nümunəvi şücaət göstərib. Baş nazir Dağlıq Qarabağın mübahisəli ərazi olmadığını, bütün dünyanın Qarabağın Azərbaycana məxsus olduğunu tanıdığını, […]
Rusiya Türkiyənin Azərbaycana əsgər göndərməsinə münasibət bildirib
Türkiyənin Azərbaycana türk əsgərlərini göndərməsi barədə sənəd Türkiyə və Rusiyanın birgə monitorinq mərkəzinin işinin təmin olunmasına aiddir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, Azərbaycanın ərazisində fəaliyyət göstərəcək mərkəzə türk hərbçilərini göndərmək lazımdır: “Bu, Türkiyə qanunvericiliyi ilə nəzərdə tutulmuş daxili prosedurun […]
Şuşada Gövhər ağa məscidinə elektrik enerjisi verildi (VİDEO)
“Azərişıq” ASC işğaldan azad olunan ərazilərimizin elkektrik enerjisi ilə təchizatına başlayıb. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, artıq Şuşa şəhərində bununla bağlı işlərə start verilib. İlk olaraq Şuşadakı Gövhər ağa məscidi elektrik enerjisi ilə təchiz edilib.
XİN Paşinyanı təkzib etdi – Zöhrab Mnatsakanyan vəzifəsindən azad edildi (ƏLAVƏ OLUNUB)
Ermənistan hökumətinin daxilində fikir ayrılıqları güclənməyə başlayıb. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, Xarici İşlər Nazirliyi baş nazir Nikol Paşinyanın Şuşa ilə bağlı fikirlərini təkzib edib. Qeyd edək ki, N.Paşinyan Ermənistanın qarşısında Şuşa şəhərinin və Dağlıq Qarabağ ətrafında yedd rayonun Azərbaycana verilməsi, əks təqdirdə müharibənin başlayacağı barədə seçimin olduğunu demişdi. […]
Dağlıq Qarabağda atəşkəs rejiminə əməl olunur – Rusiya Müdafiə Nazirliyi
Dağlıq Qarabağda atəşkəs rejiminə əməl olunur. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib. O əlavə edib ki, sülhməramlı əməliyyatların keçiriləcəyi ərazilərdə müşahidə postlarının qurulması başa çatıb. Postlarda vəziyyətin 24 saatlıq monitorinqi aparılır. Noyabrın 10-dan sülhməramlı qüvvələrin və texnikanın gətirilməsi üçün 140-dan çox reys […]