Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış “Maliyyə icarəsi haqqında” qanun layihəsi plenar iclasa tövsiyə olunub. *** Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Maliyyə icarəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Yeni qanun maliyyə icarəsi fəaliyyətinin inkişafı, təşviqi […]
İlham Əliyev və Edqars Rinkeviçsin iştirakı ilə Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə aprelin 22-də Azərbaycan-Latviya biznes forumu keçirilib. Dövlət başçıları tədbirdə çıxış ediblər.
Yağıntılar intensivləşəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında aprelin 24-25-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından […]
Sabahdan Slovakiyaya “Drujba” kəməri ilə neft nəql olunacaq
Ukrayna “Drujba” kəməri vasitəsilə neft nəqlini bərpa edib. Bu barədə Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova “Facebook” səhifəsində bildirib. Onun sözlərinə görə, Slovakiyaya neft nəqlinin sabah səhər saatlarında bərpa olunması gözlənilir.
Latviya Prezidentinin şərəfinə rəsmi lanç verilib
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verilib.
Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində zəlzələ olub. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 14:07-də qeydə alınıb. “3,3 maqnitudalı yeraltı təkan 5 km dərinlikdə qeydə alınıb”, – məlumatda vurğulanıb.
Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə geniş tərkibdə görüşü keçirilib.
İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 22-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə təkbətək görüşü olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Həftəsonu 55 mindən çox şagird buraxılış imtahanı verəcək
Azərbaycanda aprelin 26-da 55 282 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, imtahanda 79 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün […]
Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür
Ali Məhkəmənin İnzibati kollegiyası qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşların yalnız bir dəfə mənzillə təmin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Bu barədə məhkəmədən məlumat verilib. Bildirilib ki, iddiaçı Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsdir. O, ailə üzvləri ilə birlikdə 2012-ci […]