Milli Məclisin yeni tərkibdə ilk iclası başlayıb, Prezident iclasda iştirak edir

Milli Məclisin yeni tərkibdə ilk iclası başlayıb.  Doğrusöztv.Az Oxu24.com -a istinadla verdiyi məlumatına görə, iclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir. İclasda Dövlət Himni səsləndirilib. İclas Milli Məclisin ən yaşlı deputatı Fəttah Heydərovun sədrliyi ilə keçirilir. Fəttah Heydərov Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub. İclasda sədrlik edənin təklifi ilə hesablayıcı komissiya seçilib. […]

“20 Yanvar Dairəsi”ndə dəyişiklik – VİDEO

“20 Yanvar” Metrostansiyasının çıxışlarından biri köçürülür Metronun 20 Yanvar stansiyasının çıxışlarından birinin yeri dəyişdirilir. Bunu REAL-a müsahibəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirdi. Onun sözlərinə görə, 20 Yanvar Dairəsində avtomobillərin hərəkətində də dəyişiklik ediləcək. Agentlik rəhbəri Bakı-Sumqayıt yolunda həyata keçirilən yenidənqurma işlərinin hazırkı vəziyyətini də açıqladı.

Prezident icra başçısını işdən çıxardı -SON DƏQİQƏ

Aqil Sadıq oğlu Məmmədov Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Doğrusöztv.Az  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.Qeyd edək ki, A.Məmmədov fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərdə 123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilib. Həmçinin oxu:  Prezident rektoru işdən çıxardı Qeyd edək ki, A.Məmmədov fevralın 9-da Milli […]

Prezident rektoru işdən çıxardı

Prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun rektoru Məmmədov Ceyhun Valeh oğlunun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Doğrusöztv.az  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Qeyd edək ki, Ceyhun Məmmədov 9 fevralda keçirilmiş növbədənkənar parlament seçkilərində 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilib.

Polis mayoruna yeni vəzifə verildi

Daxili işlər orqanlarında (DİN) yeni kadr təyinatı olub.Doğrusöztv.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov müvafiq əmr imzalayıb.Əmrə əsasən, polis mayoru Toğrul Həsənağa oğlu Hüseynov Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi vəzifəsinə təyin edilib.Qeyd edək ki, T.Hüseynov bu […]

Təhsil Nazirliyinin ən kiçik məktəbi yandı

Mingəçevir şəhərində Təhsil Nazirliyinə məxsus binada yanğın olub. Doğrusöztv.az FHN-nin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 175 m2 olan birmərtəbəli orta məktəb binasının (xarici və arakəsmə divarları yüngül konstruksiyalardan ibarət) yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər və ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. loading…